HƏKİMLƏRİMİZ



Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

Leyla Qaçaylı

mama-ginekoloq

Qayğıkeş bir həkim övladlarına həssaslıqla yanaşan valideyn kimidir. Xəstələri sağlam və xoşbəxt olduqda, o da xoşbəxt olur.

Fəaliyyət sahəsi: Normal və patoloji hamiləlik təqibi; Normal fizioloji və cərrahi doğuşlar; Uşaqlıq yolunun və uşaqlıq boynunun patalogiyası, diaqnostikası (kolposkopiya) və müalicəsi; Histeroskopiya; Konservativ və cərrahi ginekologiya; Sonsuzluğun diaqnostikası və müalicəsi; Estetik ginekoloji əməliyyatlar.

Təhsil

  • 2008-2014 

Azərbaycan Tibb Universiteti, I müalicə-profilaktika fakültəsini fərqlənmə diplomu ilə. 

  • 2014-2019 

Azərbaycan Tibb Universiteti, I Mamalıq-ginekologiya kafedrası, mamalıq-ginekologiya ixtisası üzrə rezidentura təhsili.

Təcrübə və Bacarıqlar

  • 2020-cü ildən Mərkəzi Gömrük Hospitalında mama-ginekoloq kimi çalışır.

Lisenziyalar və Sertifikatlar

 

  • 2016 Diaqnoz Tibb Mərkəzinin təşkilatçılığı ilə “Uşaqlıq boynu patologiyası və kolposkopiya” kursu, Azərbaycan, Bakı şəhəri.

  • 2016  Almaniya-Azərbaycan Tibbi Əməkdaşlıq Assosiasiyası və ALMAZ AKADEMİYASI Tibbi Tədris Mərkəzinin təşkil etdiyi “Laparoskopik ginekologiya və histeroskopiya” kursu, Azərbaycan, Bakı şəhəri.

  • 2017 Almaniyanın Frayburq Akademiyasının MEDIZIN GmbH-in təşkilatçılığı ilə “Ultrasonoqrafiya” təlimi, Azərbaycan, Bakı şəhəri.

  • 2018 Histeroskopiya və Minimal İnvaziv Cərrahiyyə Akademiyasının təşkilatçılığı ilə  “Histeroskopiya” kursu - HAMSA,  Azərbaycan, Bakı şəhəri.

  • 2019 Azərtürkmed lazer klinikasının təşkilatçılığı ilə “Lazer və estetik ginekogiya” üzrə təlim, Azərbaycan, Bakı şəhəri.