HƏKİMLƏRİMİZ



Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

Mədinə Abdullayeva, uzman

infeksionist 

Yaxşı həkim tibb peşəsinin tələblərini yalnız texniki və elmi baxımdan yerinə yetirən şəxs deyil, eyni zamanda bu peşə üçün müqəddəs olan etik dəyərlərə əhəmiyyət verən, xəstəsinə bu dəyərlərlə necə yaxınlaşacağını bilən və peşəsini elmi və müasir bir məsuliyyət anlayışı ilə yerinə yetirən bir həkimdir.

Fəaliyyət sahəsi: İnfeksion xəstəliklər, klinik mikrobiologiya, göbələk infeksiyaları, diabetik pəncə, virus hepatitləri, febril neytropeniya, transplant infeksiyaları, İİV (HIV), vərəm (tuberkulyoz), cinsi yolla yoluxan infeksiyalar, səbəbi bilinmıyən qızdırma, bruselyoz, leyşmaniyoz, parazitar xəstəliklər, protez infeksiyaları

Təhsil

  • 1995-2002

Azərbaycan Tibb Universiteti, müalicə işi fakültəsi

  • 2001-2002

Elmi-Tədqiqat Kardiologiya İnstitutunda kardiologiya ixtisası üzrə internatura

  • 2012-2017

Dokuz Eylül Universiteti, Tibb fakültəsi, Yoluxucu xəstəliklər və Klinik Mikrobiologiya şöbəsində yoluxucu xəstəliklər və klinik mikrobiologiya üzrə uzmanlıq

 

Təcrübə və Bacarıqlar

  • 2017- 2021 Özel Ege Şəhər Xəstəxanası, İnfeksion Xəstəliklər və Klinik Mikrobiologiya mütəxəssis
  • 2020 Ümumdünya Səhiyyə Təşkilatı, REACT C19 konsultant-həkim, İnfeksion Xəstəliklər və Klinik Mikrobiologiya mütəxəssisi  
  • 2021-ci ildən Mərkəzi Gömrük Hospitalında çalışır

 

Lisenziyalar və Sertifikatlar

 

  • 2017 “Veyl xəstəliyi: anamnez və erkən müalicənin əhəmiyyəti." 18-ci  Türk Klinik Mikrobiologiya və Yoluxucu Xəstəliklər Konqresi, Türkiyə.
  • 2018 “Xroniki hepatit B ilə qaraciyər zədələnməsi və HBV DNT səviyyəsinin Golgi protein 73 ifadəsi ilə əlaqələri.” 19-cu  Türkiyə Klinik Mikrobiologiya və Yoluxucu Xəstəliklər Konqresi, Türkiyə
  • 2019 “Xroniki hepatit B ilə qaraciyər zədələnməsi və HBV DNT səviyyəsinin HBsAg ifadəsi ilə qarşılıqlı əlaqəsi” 20-ci Türk Klinik Mikrobiologiya və Yoluxucu Xəstəliklər Konqresi, Türkiyə
  • 2021 Türkiyə Xəstəxana İnfeksiyalara Nəzarət Dərnəyi tərəfindən təşkil olunmuş «Xəstəxana İnfeksiyalar» HİKON-2021 Beynəlxalq Konqresi. Türkiyə, Ankara şəhəri
  • 2022 Naxçıvan Dövlət Universitetinin, Azərbaycan Tibb Universitetinin, Azərbaycan Endoskopik-Laporoskopik Cərrahlar Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən I Beynəlxalq Tibbi Forum.  Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhəri
  • 2025. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, TƏBİB və Azərbaycan İnfeksion Xəstəliklər və Klinik Mikrobiologiya Cəmiyyətinin təşkilatçılığı ilə Bakı şəhərində keçirilən “II Azərbaycan İnfeksion Xəstəliklər və Klinik Mikrobiologiya Cəmiyyətinin” konfransında “Solid orqan transplantasiya olan xəstələrdə virus hepatitlərin idarə olunması” mövzusunda təqdimatla çıxış edib.
  • 2025. TƏBİB, Azərbaycan Nefroloqlar Cəmiyyəti, Yeni Klinika və TƏBİB Akademiyasının təşkilatçılığı, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin əməkdaşlığı ilə keçirilən “Nefrologiya və Hemodializ Məktəbi” adlı elmi-praktik konqresdə “Hemodializ alan pasiyentlərdə tez-tez rast gəlinən infeksiyalar” mövzusunda çıxış edib. 

 

Üzv olduğu təşkilatlar

 

  • Türkiyə Klinik Mikrobiologiya və İnfeksion Xəstəliklər Cəmiyyəti (KLİMİK) 
  • Türkiyə İnfeksion Xəstəliklər və Klinik Mikrobiologiya Cəmiyyəti (EKMUD) 
  • Avropa Klinik Mikrobiologiya və İnfeksion Xəstəliklər Cəmiyyəti (ESCMID)
  • Amerika İnfeksiyon Xəstəliklər Cəmiyyəti (IDSA)