HƏKİMLƏRİMİZ

 

 

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

Mircəlal Kazımi, t.f.d.

şöbə rəisi, ümumi cərrah, transplantoloq

İnsan orqanının tam sıradan çıxması hələ həyatının bitməsi demək deyil. Artıq ölkəmizdə mürəkkəb orqan transplantasiyası əməliyyatlarını həyata keçirən peşəkar komandamız var.  

Fəaliyyət sahəsi: Ümumi cərrahiyyə, qaraciyər transplantasiyası, böyrək transplantasiyası, qaraciyər, öd kisəsi, öd yolları, mədəaltı vəzi (hepato-pankreato-biliyar) sistemi cərrahiyyəsi, böyrəküstü vəzi əməliyyatı, qida borusu, mədə, 12-barmaq bağırsaq cərrahiyyəsi, yoğun bağırsaq, düz bağırsaq cərrahiyyəsi, qarın ön divarı yırtıqları. Bütün bu əməliyyatların laparoskopik (qapalı) və açıq üsulla icrası.

Təhsil

  • 1994-2000

            Azərbaycan Tibb Universiteti, Müalicə İşi fakültəsi

  • 2000-2001

M.Nağıyev adına Kliniki Təcili Tibbi Yardım Xəstəxanasında ümumi cərrahiyyə ixtisası üzrə internatura

  • 2003-2008

Türkiyənin Ege Universitetinin Tibb fakültəsinin Cərrahiyyə və orqan transplantasiyası şöbəsində təhsilini davam etdirərək uzmanlıq dərəcəsini almışdır

Təcrübə və Bacarıqlar

  • 2009-2010-cu illərdə İzmir şəhərinin “Kent” xəstəxanasında qaraciyər transplantasiyası proqramı üzrə təlim  
  • 2012 Cənubi Koreyanın Seul şəhəri transplantasiyası proqramı üzrə təlim  
  • 2012 “Asan Medical Center”-də hepatobiliyar cərrahiyyə və qaraciyər transplantasiyası proqramı üzrə təlim  
  • 2008-2018 Dövlət tibb müəssisəsinin Endoskopik cərrahiyyə şöbəsində həkim-cərrah kimi fəaliyyətə başlamış, qısa müddət ərzində Cərrahiyyə və Orqan transplantasiyası şöbəsini yaratmışdır.
  • 2018-ci ildən Mərkəzi Gömrük Hospitalı, Cərrahiyyə və Orqan transplantasiyası şöbəsinin rəisi
     

Nailiyyətlər və Üstünlüklər

  • Azərbaycanda ilk dəfə qaraciyər transplantasiyası əməliyyatını uğurla həyata keçirib
  • Azərbaycanda ilk dəfə uşaqlarda qaraciyər transplantasiyası əməliyyatını uğurla həyata keçirib
  • Azərbaycanda ilk dəfə pediatrik böyrək transplantasiyası əməliyyatını uğurla həyata keçirib
  • Milli transplantasiya komandasının formalaşdırılması
  • 2020-ci ildə Dövlət Gömrük Komitəsi tərəfindən Fəxri Fərman ilə təltif olunub.
  • 2020-ci ildə Səhiyyə Nazirliyi tərəfindən Fəxri Fərman ilə təltif olunub.
  • 2022 “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub.
  • Bu günə qədər 1000-dən çox orqan transplantasiyası əməliyyatını uğurla həyata keçirib. Azərbaycanda icra olunan təkcə böyrək transplantasiyası əməliyyatlarının 90%-i Dr.Mircəlal Kazımi tərəfindən həyata keçirilib.

Üzv olduğu təşkilatlar

  • Transplantasiya Cəmiyyətinin üzvü
  • Avropa Qaraciyər Nəqli Reyestrinin üzvü
  • Yaxın Şərq Orqan Transplantasiyası Cəmiyyətinin üzvü