HƏKİMLƏRİMİZ



Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

Mirmənsim Məmmədov

şöbə rəisi, nefroloq 

Böyrək xəstəliklərinin ilkin etapı əksər hallarda simptomsuz ötür. Bizim yardımımıza ehtiyac duyulduqda isə artıq xəstəlik ağırlaşmış mərhələdə olmasına baxmayaraq pasiyentin həyat keyfiyyətini  normalaşdırmaq üçün əlimizdən gələn səyləri göstərməyə çalışırıq.         

Fəaliyyət sahəsi: Nefroloji xəstələrin və böyrək transplantasiyası olmuş xəstələrin poliklinik və stasionar müalicəsi, hemodializ kateterinin qoyulması, uzun müddətli hemodializ kateterinin qoyulması, kəskin və xroniki böyrək çatışmazlığında hemodializ, hemofiltirasiya, izolyasiya olunmuş ultrafiltrasiya, membran plazmafarez, böyrəklərin incə iynə ilə biopsiyası.

Təhsil

  • 2002-2008

Azərbaycan Tibb Universiteti

  • 2008-2009

Mərkəzi Dəmiryol xəstəxanası, internatura

Təcrübə və Bacarıqlar

  • 2011-2013 Dövlət tibb müəssisəsində, həkim-nefroloq
  • 2013-cü ildən Mərkəzi Gömrük Hospitalı, nefroloq 

  • 2018- ci ildən Mərkəzi Gömrük Hospitalı, Efferent Terapiya şöbəsinin rəisi

 

 


Lisenziyalar və Sertifikatlar

 

 

  • 2009-2011. Türkiyə 9 Eylül Universitetinin nefrologiya kafedrasında təkmilləşdirmə kursu
  • 2015. Türkiyənin Akdeniz Univerisitetinin Orqan Transplantasiyası Mərkəzində təkmilləşdirmə kursu
  • 2015-ci ildə Türkiyənin Ankara şəhərində XII Beynəlxalq İntensiv Terapiya konqresi
  • 2018. Antalyanın Belek şəhərində Beynəlxalq nefroloji, hipertoniya, dializ və transplantasiya konqresi. 
  • 2019. Türkiyənin Ankara şəhərində yerləşən Ankara Tibb Universitetinin Pediatriya xəstəxanasında "Uşaqlarda kəskin və xroniki böyrək çatışmazlığı zamanı periton dializ" mövzusunda təkmilləşdirmə kursu
  • 2019. Türkiyənin Malatya şəhərində yerləşən İnönü Universitetinin Qaraciyər Transplantasiya İnstitutunda hepatorenal sindromlu xəstələrdə ekstrakarporal müalicə üzrə təkmilləşdirmə kursu 
  • 2021 Səhiyyə Nazirliyi tərəfindən Fəxri Fərman ilə təltif olunub.
  • 2022 Türkiyə Hipertoniya və Böyrək Xəstəlikləri Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən XXIV Milli Hipertoniya və Böyrək Xəstəlikləri Konqresi. Türkiyə, Muğla Dalaman əyaləti.