TOPLANTININ MƏQSƏDİ VƏ VƏZİFƏLƏRİ
MƏQSƏD
VƏZİFƏLƏR
“MR fuzion biopsiyasının prostat xərçənginin diaqnostikasında əhəmiyyəti“ mövzusunda Uroonkoloqların aylıq Toplantısı keçiriləcək.
30 aprel 2026-cı il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının təşkilatçılığı, Saf Farmanın dəstəyi ilə “MR fuzion biopsiyasının prostat xərçənginin diaqnostikasında əhəmiyyəti“ mövzusunda Uroonkoloqların aylıq Toplantısı keçiriləcək.
Mərkəzi Gömrük Hospitalının akt zalında həyata keçiriləcək tədbirdə“MR fuzion prostat biopsiyası-İneqrativ ARTEMS texnologiyasının tətbiqi” və ”Multiparametrik MRT-nin prostat xərçənginin diaqnostikasındakı yeri: PIRADS sinifləndirilməsi uroloqa nə qədər lazımdır?” mövzularında məruzələr və müvafiq mövzulara dair məqalə təqdimatı dinləniləcək. Tədbir müzakirələr və sual-cavab sesiyaları vasitəsilə interaktiv şəklində həyata keçiriləcək.
Toplantı proqrama uyğun olaraq xüsusilə uroloq, radioloq və onkoloq ixtisasına malik həkimlər və rezidentlər üçün nəzərdə tutulmuşdur.
Yerlər məhdud olduğu üçün qeydiyyatdan keçmək MÜTLƏQDİR!
Toplantıda iştirak ödənişsizdir. Hərkəs toplantıda iştirak üçün dəvətlidir!
30 APREL 2026
AÇILIŞ NİTQİ
İsmayıl Əfəndiyev
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent
MODERATOR
Bəhruz Xalıqov
Mərkəzi Gömrük Hospitalının Urologiya şöbəsinin rəisi
MƏRUZƏÇİLƏR
Rəşad Şolan
DTX Hərbi-Tibb Baş İdarəsisinin Elmi Təcrübə Mərkəzinin rəisi, DTX HTBİ Hərbi Hospitalının "Böyrək Xəstəlikləri və Orqan Transplantasiyası" şöbəsinin rəhbəri, t.e.d
Eldəniz Hüseynov
Mərkəzi Gömrük Hospitalının Radiologiya şöbəsinin rəisi
Nadir Ağazadə
Mərkəzi Gömrük Hospitalının Urologiya şöbəsinin həkim-rezidenti