HƏKİMLƏRİMİZ



Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

Müseyib Əhmədov

travmatoloq-ortoped

Həyatın gözəlliklərindən biri dinamika - hərəkətdir!  Hərəkətliliyinizi qorumaq, saxlamaq və bərpa etmək üçün ölkəmizdə və xaricdə qazandığım təcrübə və elmi biliklərlə daim xidmətinizdəyəm.

Fəaliyyət sahəsi: ortopedik və travmatoloji müayinələrin müasir metodlarla aparılması, sınıqların cərrahi müalicəsi, oynaqlarda (diz, bud-çanaq, çiyin, dirsək), süni oynaqların köçürülməsi (Endoprotez), vertebra cərrahiyyəsi, artroskopik cərrahiyyə, ön çarpaz bağ, menisk cırılması, idman travmaları, uşaq ortopedik cərrahiyyəsi, bud-çanaq oynağının anadangəlmə çıxıqları, yaşlı pəncəlik, uşaqlarda anadangəlmə anomaliyalar və deformasiyalar, estetik ortopedik cərrahiyyə və s.

Təhsil

  • 1988-1994

Azərbaycan Tibb Universiteti

  • 1994-1995

1 saylı Hərbi Hospital, internatura

  • 1997-1998

Ukrayna, Xarkov, Sitenko adına Travmatologiya və Ortopediya İnstitutu. Ordinatura

 

Təcrübə və Bacarıqlar

  • 1995-1998 Ukrayna Respublikasının Mariupol şəhərində həkim travmatoloq-ortoped kimi çalışıb.
  • 2000-2002 Dövlət tibb müəssisəsində travmatoloq-ortoped kimi çalışıb.
  • 2002-2009 Səudiyyə Ərəbistanı Krallığının Bureydah şəhərində yerləşən Bureydah Mərkəzi Hospitalında həkim travmatoloq-ortoped kimi çalışıb.
  • 2009-cu ildən Mərkəzi Gömrük Hospitalı, həkim travmatoloq-ortoped kimi çalışır

Lisenziyalar və Sertifikatlar

 

  • 2001 Həkimləri Təkmilləşdirmə İnstitutunda Travmatologiya və Ortopediya ixtisası üzrə 3 aylıq ixtisasartırma kursu
  • 2003 Amerika Cərrahlar kollecinin travma üzrə komitəsinin təlimi 
  • 2004-2010 Travmanın bütün səviyyələri üzrə təlim İsveçrə, Malta, Ukrayna 
  • 2011-2014 Avstriya-Zalsburq Amerika Cərrahlar kollecinin travma üzrə komitəsinin Oynaq və sümük cərrahiyəsi təlimi
  • 2016 Uşaq ortopediya və travmatologiyası üzrə seminar, Avstriya, Zalsburq

  • 2017 27-ci Millli Türk Ortopediya və Travmatologiya Konqresi 

  • 2018 Avropa Ortopediya və Travmatologiya Assisoasiyasının 19-cu konqresi 

  • 2021 Türk Travmatoloji Cəmiyyətinin təşkilatçılığı ilə XXX Milli Türk Ortopedik və Travmatoloji konqresi. Türkiyə, Antalya şəhəri.

  • 2022 “Bud-çanaq və diz artroplastikasında aktual problemlər” III Beynəlxalq kurs seminarı.  Azərbaycan, Bakı şəhəri

  • 2023 Türk Ortopediya və Travmatologiya Dərnəyinin təşkilaşçılığı ilə keçirilən32-ci Ümummilli Türk Ortopediya və Travmatologiya Konqresi. Türkiyə, Antalya. 

Üzv olduğu təşkilatlar

 

  • Səudiyyə Ərəbistanı Tibb Assosiyasiyası
  • Avropa “AO. Spine” Cəmiyyəti