KONFRANSIN MƏQSƏDİ VƏ VƏZİFƏLƏRİ
MƏQSƏD
VƏZİFƏLƏR
“Müxtəlif patologiyalarda dinamik kontrastlı MRT müayinələri və onların diaqnostik xüsusiyyətləri” mövzusunda Elmi Konfrans və Master Klass keçiriləcəkdir.
16 sentyabr 2023-cü il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının və “Bayer” şirkətinin birgə təşkilatçılığı ilə “Müxtəlif patologiyalarda dinamik kontrastlı MRT müayinələri və onların diaqnostik xüsusiyyətləri” mövzusunda Elmi Konfrans və Master Klass həyata keçiriləcəkdir.
Konfransda yüksəkixtisaslı mütəxəssislər tərəfindən süd vəzi və prostat xərçəngi, qaraciyər patologiyaları, beyin törəmələri və sellar patologiyalarda MRT müayinələrinin diaqnostik əhəmiyyətinə dair təqdimatlar ediləcək, o cümlədən “Beyin perfuziya, traktoqrafiya və spektroskopiya müayinələri” barədə Master Klass təşkil ediləcək və auditoriyanı maraqlandıran suallar cavablandırılacaq.
Proqrama uyğun olaraq Konfrans radioloq, neyrocərrah, ürək-damar cərrahı, onkoloq, kardioloq, qastroenteroloq ixtisasına malik həkimlər və rezidentlər üçün nəzərdə tutulmuşdur.
Hərkəs üçün əlçatanlığı təmin etmək məqsədilə Konfrans hibrid formatda həyata keçiriləcək.
Konfrans əyani şəkildə saat 14:00-dan 18:00-dək Mərkəzi Gömrük Hospitalının akt zalında, distant olaraq isə ZOOM platformasında həyata keçiriləcək.
Konfransın akkreditasiya edilməsi üçün Səhiyyə Nazirliyinə müraciət edilmişdir.
• Konfransda iştirak ödənişsizdir!
• Yerlər məhdud olduğu üçün qeydiyyatdan keçmək MÜTLƏQDİR!
16 SENTYABR 2023
AÇILIŞ NİTQLƏRİ
İsmayıl Əfəndiyev
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent
Rəşad Mahmudov
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, t.e.d., əməkdar həkim
Yunus Əfəndiyev
Azərbaycan Radioloqlar Cəmiyyətinin sədri
MƏRUZƏÇİLƏR
Eldəniz Hüseynov
Mərkəzi Gömrük Hospitalının Radiologiya şöbəsinin rəisi, uzman radioloq
Anar Kazımov
Milli Onkologiya Mərkəzinin radioloqu
Ruslan Əsədov
Baku Medical Plazanın radioloqu
Pərviz Kuliyev
Baku Medical Plazanın radioloqu
Pərviz Səmədov
Liv Hospitalın radioloqu
Pərvanə Əsgərova
Liv Hospitalın radioloqu