HƏKİMLƏRİMİZ
Nərgiz Kərimova
təcili tibbi yardım həkimi
İlk yardım insan həyatını xilas edir
Fəaliyyət sahəsi: Protokola (CPR, BLS, ACLS, ATLS) uyğun olaraq reanimasiya və stabilləşdirmə tələb edən ağır xəstə və yaralanan xəstələrin təcili qəbulu, stabilləşdirilməsi və ixtisasçılara ötürülməsi; Kardiovaskulyar, pulmonar, mədə-bağırsaq, kranioserebral və endokrinoloji xəstəlikləri olan xəstələr üçün ilkin qiymətləndirmə və yardım; Xəsarət almış və şok halında olan xəstələrin ilkin və yekun qiymətləndirilməsi; Beyin zədəsi olan xəstənin Glazgo Koma şkalası ilə qiymətləndirilməsi və ilkin yardım; Baş və üz yaralanmalarının qiymətləndirilməsi, boyun və onurğanın zədələnməsi zamanı immobilizasiya; Kiçik cərrahi prosedurların aparılması; Xəstələrin ölkə daxilində və ölkə xaricinə nəql olunması.
Təhsil
Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsində təhsil alıb
Azərbaycan Tibb Universitetində həkim-terapevt ixtisası üzrə internatura keçib
Təcrübə və Bacarıqlar
Nailiyyətlər və Üstünlüklər
Lisenziyalar və Sertifikatlar
2010 Weiss Memorial Hospital təcili yardim kursu, Amerika Birləşmiş Ştatları, Çikaqo