TƏDBİRİN  MƏQSƏDİ VƏ VƏZİFƏLƏRİ 

 

      MƏQSƏD

  • BMT-nin “Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyi”nə əsasən III Davamlı İnkişaf Məqsədinin müvafiq hədəfinə (Hədəf 3.4: 2030-cu ilədək, profilaktika və müalicə vasitəsilə qeyri-yoluxucu xəstəliklərdən erkən ölüm hallarını üçdə bir dəfə azaltmaq, psixi sağlamlığı və ümumi rifahı təşviq etmək) nail olunması istiqamətində ölkəmizdə həyata keçirilən fəaliyyətlərin icrasına da töhfə vermək 

 

      VƏZİFƏLƏR

  • Maarifləndiri tədbirlər vasitəsilə əhalinin tibbi məlumatlılığının artırılması
  • Tibb işçilərinin davamlı tibbi təhsil ehtiyaclarının təmin edilməsi məqsədilə mütəxəssislərarası təcrübə mübadiləsinin təşkili
  • Xəstəliklərin erkən aşkarlanması və qarşısının alınması istiqamətində tibbi müayinələrin həyata keçirilməsi 


 

Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə və Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş "Naxçıvan Sağlamlıq Günləri" həyata keçiriləcəkdir.

 

2-4 may 2024-cü il tarixlərində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzi, Mərkəzi Gömrük Hospitalı, rəsmi tərəfdaş Türkiyənin Florence Nightingale Xəstəxanalar Qrupu və Naxçıvan Baş Gömrük İdarəsinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhərinin əhalisi üçün “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə və Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş “Naxçıvan Sağlamlıq Günləri"nin həyata keçiriləcək. 


“Naxçıvan Sağlamlıq Günləri" çərçivəsində aşağıdakı tədbirlərin təşkili nəzərdə tutulur:

 

  • 2 may 2024-cü il tarixində Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşları üçün “İşlə bağlı stress və onun qarşısının  alınması yolları” mövzusunda psixoloji təlimin həyata keçirilməsi;

 

  • 3 may 2024-cü il tarixində Naxçıvan MR Səhiyyə Nazirliyi, Naxçıvan Dövlət Universitetinin Tibb fakultəsi və Azərbaycan Reanimatoloqlar və Anestezioloqlar Cəmiyyətinin əməkdaşlığı ilə Naxçıvan şəhərində fəaliyyət göstərən həkimlər üçün “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda Elmi Konfransın həyata keçirilməsi;

 

  • 4 may 2024-cü il tarixində isə Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi və Naxçıvan şəhər İcra Hakimiyyətinin əməkdaşlığı ilə Mərkəzi Gömrük Hospitalının və rəsmi tərəfdaş Türkiyənin Florence Nightingale Xəstəxanalar Qrupunun ixtisaslaşmış tibb işçilərindən ibarət briqadasının iştirakı ilə Naxçıvan Mərkəzi Xəstəxanasında şəhid və qazi ailələrinin üzvləri üçün ödənişsiz tibbi-sosial xeyriyyə aksiyasının keçirilməsi planlaşdırılır. Aksiya zamanı tibbi yardıma ehtiyacı olan şəhid və qazi ailələrinin üzvlərinə EXO, EKQ, USM və digər zəruri müayinələr (qanda şəkər  və xolesterinin təyini, arterial təzyiqin ölçülməsi və s.) vasitəsilə diaqnozun qoyulması və müvafiq müalicələrin təyin edilməsi.
     

Müvafiq fəaliyyətlərin təşkili ilə bağlı Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi, Naxçıvan şəhər İcra Hakimiyyəti, Naxçıvan Dövlət Universiteti və Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi ilə əməkdaşlıq edilməsi nəzərdə tutulur. 

NAXÇIVAN SAĞLAMLIQ GÜNLƏRİ

02 MAY 2024

“GÖMRÜK ƏMƏKDAŞLARINDA İŞLƏ BAĞLI STRESS VƏ ONUN QARŞISININ ALINMASI” MAARİFLƏNDİRİCİ TƏLİM

03 MAY 2024

“BEYİN ÖLÜMÜ DİAQNOZUNUN TƏYİNİNƏ MULTİDİSSİPLİNAR YANAŞMA” ELMİ KONFRANS

AÇILIŞ NİTQLƏRİ

Samiq Sadıxov

Naxçıvan MR Səhiyyə Naziri səlahiyyətlərini müvəqqəti icra edən

Elbrus İsayev

Naxçıvan Dövlət Universitetinin rektoru

Ceyhun Məmmədov

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d., əməkdar həkim

Rəşad Mahmudov 

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, t.e.d., əməkdar həkim

Yeganə Abbasova

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri, t.ü.f.d.

Zəhra Vəzirova

Azərbaycan Reanimatoloqlar və Anestezioloqlar Cəmiyyətinin sədri, t.ü.f.d.

MODERATORLAR

Rəşad Mahmudov 

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, t.e.d., əməkdar həkim

Zəhra Vəzirova

Azərbaycan Reanimatoloqlar və Anestezioloqlar Cəmiyyətinin sədri, t.ü.f.d.

MƏRUZƏÇİLƏR

Mircəlal Kazımi

Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və Orqan transplantasiyası şöbəsinin rəisi, t.ü.f.d., ümumi cərrah, transplantoloq 

Yeganə Abbasova

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri, t.ü.f.d.

Eldəniz Hüseynov

Mərkəzi Gömrük Hospitalının Radiologiya şöbəsinin rəisi, uzman radioloq

Gülay Məmmədzadə

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Həkim  Tibb Komissiyasının psixiatrı 

04 MAY 2024

ŞƏHİD VƏ QAZİ AİLƏLƏRİNİN ÜZVLƏRİ ÜÇÜN ÖDƏNİŞSİZ TİBBİ-SOSİAL XEYRİYYƏ AKSİYASI