HƏKİMLƏRİMİZ
Nazilə Hüseynova
pediatr-neonatoloq
“Uşaqlıqdan həkim-pediatr olmaq istəyirdim. Peşəmi çox sevirəm. Dünyaya uşaq gələndə çox sevinirəm ki, mən də bu uşaqların həyata gəlməsində iştirak edirəm. Onların sağlam böyüməsini və inkişafını görəndə qürur hissi duyuram ki, bu uşaqların gələcəkdə hər hansı bir peşə sahibi olmasında, cəmiyyətdə yer tutmalarında və vətəndaş olmaqlarında mənim də bir yerim var. Bütün uşaqların sağlam olmağını istəyirəm. Bunu həm ana, həm də həkim kimi deyirəm”.
Mərkəzi Gömrük Hospitalı: Yenidoğulmuşların müayinəsi, yenidoğulmuş dövrdən 17 yaşa kimi olan dövrdə uşaqların müayinə və müalicə edilməsi, vaksinasiya,
uşaqlarda qastroenterologiya, pulmonologiya, allerqologiya, otolarinqologiya kimi
xəstəliklərin müayinə və müalicə edilməsi, ağır xəstələrin stasionar şəraitdə
müalicəsi.
Təhsil
Azərbaycan Tibb Universiteti, Pediatriya fakültəsi
Mərkəzi Klinik Xəstəxanada uşaq endokrinologiyası ixtisası üzrə internatura
Təcrübə və Bacarıqlar
Lisenziyalar və Sertifikatlar