HƏKİMLƏRİMİZ



Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

Nigar Hacıyeva, t.f.d.

terapevt

Hər birimizin rahat nəfəs almağa həyatı ehtiyacımız var. Təcrübəm boyu hər cür xəstələrə rast gəlmişəm və hər birinin sağlamlığının qayğısına qalaraq uyğun müalicə ilə təmin edərək tezliklə sağalmasına çalışmışam. 

Fəaliyyət sahəsi: Pulmonolojı xəstələrin müayinəsi, differensial diaqnostikası, ambulator və stasionar  şəraitdə müalicəsi; xarici tənəffüs funksiyasının müxtəlif üsullarla müayinəsi; ağ ciyərin funksional-diaqnostik müayinə üsullarının nəticələrindən istifadə edərək, xəstələrdə xarici tənəffüs funksiyasının pozulması və müalicədən sonra dinamikada izlənilməsi; tənəffüs çatışmazlığının aşkar olunması; xroniki obstruktiv ağ ciyər xəstəliyi və bronxial astma olan xəstələrin differensial diaqnostikasının aparılması; cərrahi əməliyyata gedən xəstələrdə “operativ risk” və onun dərəcəsinin təyin edilməsi.

Təhsil

  • 1975-1981

Azərbaycan Tibb Universiteti

  • 1981-1982

4 saylı Vərəm dispanseri, İnternatura

  • 1988-1991

Rusiya Federasiyası, Moskva, Mərkəzi Elmi-Tədqiqat Vərəm İnstitutu, Aspirantura

Təcrübə və Bacarıqlar

  • 1982-1988 Dövlət tibb müəssisələrində funksional diaqnostika şöbəsinin həkimi
  • 1992-2009 Moskva şəhərində məqsədli aspiranturanı bitirdikdən  və tibb elmləri namizədi dərəcəsini aldıqdan sonra  Funksional diaqnostika şöbəsinin müdiri.
  • 2009-cu ildən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Həkim tibb komissiyası, Həkim-terapevt 
  • Azərbaycan Dövlət Təkminləşdirmə İnstitutunun ixtisaslaşma və təkmilləşmə çoxsaylı kursları.

Nailiyyətlər və Üstünlüklər

  • Elmi jurnallarda çap olunmuş 20 dən artıq məqalə
  • 1991-ci  ildə tibb elmləri namizədi elmi dərəcəsini almaq üçün “Restruktiv sindromun klinik və funksional təzahürü” mövzusunda dissertasiya işinin müdafiəsi

Lisenziyalar və Sertifikatlar

 

  • 2002 Tənəffüs orqanları xəstəliklərinin diaqnostikası,müalicəsi və profilaktikasına həsr olunmuş beynəlxalq konfrans 
  • 2004 Ağ ciyərlərin obstruktiv proseslərində funksional diaqnostik üsulların tədbiqi ETACXİ 60 illiyinə həsr olunmuş konfrans