ARİTMOLOGİYA

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

Aritmologiya


MGH-nın Aritmologiya şöbəsində ən yeni avadanlıqlarla ürəyin ritm pozulmalarının diaqnostikası və müalicəsi aparılır. Ürəyin Elektrofizioloji Müayinəsi (ÜEM) - aritmiyaların diaqnostikası məqsədi ilə aparılan yüksək informativliyə malik olan etibarlı müdaxiləvi kompleks müayinə metodu sayılır.

Bu zaman yerli anesteziyadan istifadə edilərək sağ və sol qasıq (bəzən körpücükaltı) bölgələrində olan damarlardan ürəyin sağ kameralarına (sağ qulaqcığa və sağ mədəciyə) 2 - 3 elektrod kateterlər yeridilir. Elektrodlar vasitəsi ilə bir sıra stimulyasiya proqramları verilir və ürəyin daxilindən qəbul edilən elektrik siqnalları (elektroqramma) qeydə alınaraq araşdırılır. Müayinə ürəyin keçirici sisteminin durumunun, aritmiyanin növünün və mexanizminin, səbəbkar olan aritmiya substratının lokalizasiyasının müəyyənləşdirilməsində və sonrakı müalicə strategiyasının təyin edilməsində həmçinin yekun proqnozun verilməsində faydalı olur.

 

ÜEM-ə göstərişlər aşagıdakılardır:


  • Sinus düyününün disfunksiyası
  • Naməlum genezli təkrar bayılmalar, o cümlədən presinkopal hallar (əgər nevroloji və ya kardioloji səbəblər qeyri-invaziv yollarla aşkar olunmamışdırsa) 
  • Geniş QRS kompleksli taxikardiyalar (mədəcik və ya mədəciküstü taxikardiya olduğu ayırd edilə bilmirsə)
  • Mədəciküstü taxikardiyalar
  • Mədəcik taxikardiyaları
  • AV blokadalar (naməlum səviyyəli)


Radiotezlikli Ablasiya (RTA)


Kateterlə radiotezlikli ablasiya ürəyin ritm pozulmalarını aradan qaldırmaq üçün son onilliklərdə geniş tətbiq olunan yüksək effektivli radikal müalicə metodudur. RTA zamanı flüroskopik nəzarətlə periferik damarlardan (əksər hallarda femoral damar və ya arteriyadan) ablasiya kateteri ürəyə yeridilir və ÜEM nəticəsində təyin olunmuş yerdə aritmiya ocağına radiotezlikli enerji ilə destruktiv təsir göstərilir. Nəticədə ürəyin həmin kiçik sahəsi 40-60оС  qədər qızdırılır və ritm nizamsızlığının səbəbi geridönməz olaraq aradan qaldırılır. Bu metodun, həmçinin, az travmatiklik, ağırlaşma riskinin aşağı olması, dərman müalicəsindən azad olma, əməliyyatdan dərhal sonra normal həyat tərzinə dönmə kimi üstünlüklərini qeyd etmək lazımdır.


RTA aşağıdakı aritmiyaların müalicəsində tətbiq olunur:


  • Qulaqcıq titrəməsi və qulaqcıq səyriməsi
  • Bir sıra qulaqcıq və mədəcik taxikardiyalarında, monomorf mədəcik ekstrasistoliyalırında
  • WPW sindromu zamanı ortodrom və antidrom (geniş QRS- li) taxikardiyalarında
  • AV düyünün resiprok taxikardiyalarında.


HƏKİMLƏRİMİZ

Yüksəkixtisaslı, təcrübəli və qayğıkeş həkimlərimiz sağlamlığınızın qorunması üçün sizə keyfiyyətli tibbi yardım göstərməyə hər zaman hazırdır! Onların qəbuluna saytımızdan yazıla bilərsiniz.

Dr. Tural Vəliyev

aritmoloq