OFTALMOLOGİYA
Oftalmologiya
Hospitalımız oftalmoloji tibbi xidmətlərin göstərilməsi üçün müasir tibbin tələblərinə cavab verən avadanlıqlarla təchiz olunmuşdur. Bu avadanlıqlar vasitəsi ilə keratometriya, avtorefraktrometriya, ultrasonoqrafiya, pnevmotonometriya, angioqrafiya, kompyüter perimetriya kimi diaqnostik müayinələr aparılır.
Xaricdə təhsil almış təcrübəli oftalmoloqlar tərəfindən göz xəstəliklərinə dəqiq diaqnoz qoyularaq müasir konservativ və cərrahi müalicə taktikası seçilir və həyata keçirilir.
Xəstəxanamızda iridosiklit və uveitlər, qlaukoma, katarakta, retinapatiyalar, refraksiya pozğunluğu, göz dibi xəstəlikləri, konyuktivanın infeksion xəstəlikləri, buynuz qışa xoraları, konyuktiva və buynuz qışanın yad cismi, quru göz sindromu və s. kimi xəstəliklərin müayinə və müalicəsi həyata keçirilir.
Oftalmoloji bölümdə müalicə edilən xəstəliklər:
Oftalmoloji bölümdə həyata keçirilən əməliyyatlar:
HƏKİMLƏRİMİZ
Yüksəkixtisaslı, təcrübəli və qayğıkeş həkimlərimiz sağlamlığınızın qorunması üçün sizə keyfiyyətli tibbi yardım göstərməyə hər zaman hazırdır! Onların qəbuluna saytımızdan yazıla bilərsiniz.