PEDİATRİYA
Pediatriya
Pediatriya və Neonatologiya şöbəsində peşəkar həkimlərimiz tərəfindən balaca pasiyentlərimizə 24 saat ərzində fasiləsiz tibbi xidmət göstərilməkdədir.
Yeni doğulan körpələrə ən müasir avadanlıqlarla təchiz edilmiş şöbədə xaricdə təhsil almış təcrübəli pediatr-neonatoloqlar tərəfindən beynəlxalq standartlara cavab verən ilkin neonatoloji xidmətlərdən başlayaraq, reanimasiya, intensiv terapiya, ikinci dərəcə qulluq və terapiyaya qədər geniş spektrli xidmətlər göstərilir.
Uşaq poliklinikasında sağlam uşaqların fiziki və psixiki inkişafına kontrol təqib və beynəlxalq standartlara uyğun planlı və təcili peyvənd proqramları həyata keçirilir.
Hospitalımızda həkim-pediatr müayinəsi ilə bərabər ehtiyac olarsa, digər müxtəlif ixtisas həkimlərinin (otolarinqoloq, oftalmoloq, travmatoloq, kardioloq, qastroenteroloq, uroloq, ginekoloq və s.) müayinələri də təşkil olunur.
Hospitalda ambulator və stasionar şəraitdə balaca pasiyentlərimizə göstərilən tibbi xidmətlə yanaşı, analara uşağın sağlamlığı və inkişafı haqqında vacib məlumatlar verilir ki, bu da kompleks şəkildə tez biz zamanda uşağın sağalması və gələcək inkişafında mühüm rol oynayır.
Son 10 il ərzində həkimlərimiz tərəfindən 20000-dən artıq pediatrik müayinələr həyata keçirilmişdir.
Təklif edilən xidmətlər:
Müalicə edilən xəstəliklər:
HƏKİMLƏRİMİZ
Yüksəkixtisaslı, təcrübəli və qayğıkeş həkimlərimiz sağlamlığınızın qorunması üçün sizə keyfiyyətli tibbi yardım göstərməyə hər zaman hazırdır! Onların qəbuluna saytımızdan yazıla bilərsiniz.