TƏCİLİ TİBBİ YARDIM

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

Təcili Tibbi Yardım


Xaricdə uzunmüddətli ixtisaslaşma keçmiş və zəngin iş təcrübəsi qazanmış Təcili Tibbi Yardım şöbəsinin həkim heyəti xəstələrə, keyfiyyətli və zamanında təcili tibbi yardım göstərir, ehtiyac olarsa hospitala daşınmasını təmin edir, monitorinq və reanimasiya tədbirlərini keyfiyyətlə həyata keçirir.


Bu şöbənin ambulans və ilk yardım otaqları beynəlxalq ATLS və ACLS protokollarına uyğun olaraq ən müasir tibbi avadanlıqla təchiz olunub. Bu da diaqnostik-müalicəvi prosedurların tez və keyfiyyətlə aparılmasına, xəstələrin daşınması zamanı monitorinq və reanimasiya tədbirlərinin icra olunmasına imkan verir.

 
Mərkəzi Gömrük Hospitalının Təcili Tibbi Yardımına məxsus 905 nömrəli çağri mərkəzi 24 saat əhalinin xidmətindədir. Öz bilik və bacarıqlarını daima yeniləyən ambulans heyəti təcili yardım üçün müraciət edən xəstələrə dəqiqələr ərzində həyati vacib tibbi xidmət göstərmək qabiliyyətindədir.


Təcili yardım şöbəsi Almaniyanın “Drager” şirkətinin tibbi avdanlıqları ilə təchiz olunmuş “Mercedes-Benz” markalı 3 ambulans və 2 reanimobil ilə xidmət göstərir. Avtomobillərin tibbi təchizatı göstəriləcək ilkin yardımın dünya standartlarına uyğundur. 


Təcili tibbi yardım xidməti istədiyiniz təqdirdə ev və ya ofisinizdə portativ aparatlarla instrumental (Rentqen, USM, EKQ) və laborator müayinələri həyata keçirə bilər.


Peşəkar tibbi personalımız ağırlıq dərəcəsindən asılı olmayaraq xəstələri Respublikamızın istənilən yerindən xəstəxanamıza və ehtiyac olarsa ölkə xaricinə daşınmasını təmin edir.


Son 10 il ərzində hospitalımızın Təcili Tibbi Yardım şöbəsinə 2500-ə yaxın çağırış daxil olmuşdur.


HƏKİMLƏRİMİZ

Yüksəkixtisaslı, təcrübəli və qayğıkeş həkimlərimiz sağlamlığınızın qorunması üçün sizə keyfiyyətli tibbi yardım göstərməyə hər zaman hazırdır!

Dr. Rəna Qasımova

təcili tibbi yardım şöbəsinin rəisi

Dr. Cavad Cabarov

təcili tibbi yardım həkimi

Dr. Nərgiz Kərimova

təcili tibbi yardım həkimi

Dr. Tofik Bayramov

təcili tibbi yardım həkimi

Dr. Salman Rzayev

təcili tibbi yardım həkimi

Dr. Bəylər İmanov

təcili tibbi yardım həkimi