TERAPİYA

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

Terapiya


Hospitalımıza müraciət edən pasiyentlərimizə ambulator və stasionar şəraitdə terapevtik tibbi xidmətlərin göstərilməsinə hər bir şərait mövcuddur. Yüksək ixtisaslı həkim-terapevtlərimiz tərəfindən sübutlu təbabətə əsaslanan müasir diaqnostika üsulları və müalicə metodları tətbiq olunur.

 
Xəstəxanamızda həkim-terapevtlərimiz ümumi diaqnostik müayinələrin təyini, diferensial diaqnostikanın aparılması, erkən mərhələdə xəstəliyin diaqnostikası və xəstələrin müvafiq mütəxəssislərə yönləndirilməsi, xroniki patologiyalarda xəstələrə dinamik-dispanser nəzarəti, vaksinasiyaları, cərrahi əməliyyata hazırlanan xəstələrdə “operativ risk” və onun dərəcəsinin təyin edilməsini gündəlik olaraq uğurla həyata keçirir.

 
Son 10 il ərzində Mərkəzi Gömrük Hospitalında 15000-ə yaxın terapevtik xəstə müayinədən keçmişdir.


Mərkəzi Gömrük Hospitalında göstərilən terapevtik xidmətlər:


  • Pulmonolojı xəstələrin müayinəsi
  • Differensial diaqnostikanın aparılması
  • Ambulator və stasionar müalicə
  • Xarici tənəffüs funksiyasının müxtəlif üsullarla müayinəsi
  • Ağciyərin funksional-diaqnostik müayinə üsullarının nəticələrinə əsasən xəstələrdə xarici tənəffüs funksiyasının fəaliyyətini və müalicədən sonra dinamikada izlənilməsi
  • Tənəffüs çatışmazlığının aşkar olunması
  • Xroniki obstruktiv ağ ciyər xəstəliyi və bronxial astması olan xəstələrin differensial diaqnostikasının aparılması
  • Cərrahi əməliyyata gedən xəstələrdə “operativ risk” və onun dərəcəsinin təyin edilməsi.

HƏKİMLƏRİMİZ

Yüksəkixtisaslı, təcrübəli və qayğıkeş həkimlərimiz sağlamlığınızın qorunması üçün sizə keyfiyyətli tibbi yardım göstərməyə hər zaman hazırdır! Onların qəbuluna saytımızdan yazıla bilərsiniz.