TRAVMATOLOGİYA VƏ ORTOPEDİYA
Travmatologiya və Ortopediya
Travmatologiya və Ortopediya şöbəsində müasir tibb avadanlıq və cihazlarından istifadə edilərək xəstəliklərin müalicəsi təcili və planlı şəkildə təcrübəli həkim-ortoped-travmatoloqlar tərəfindən həyata keçirilir.
Xəstəxanamızda oynaqların endoprotezləşdirilməsi (artroplastikası), artroskopik cərrahiyyə, yuxarı və aşağı ətrafların, çanağın qapalı və açıq üsulla osteosintezi, yuxarı və aşağı ətrafların əyriliklərinin-deformasiyalarının korreksiyası, yumşaq toxuma əməliyyatları, uşaqlarda ortopedik və travmatoloji əməliyyatlar, əl və mikrocərrahiyyə və s. bu kimi əməliyyatlar uğurla icra olunur.
2012-ci ildə Hospitalımızda unikal əməliyyatlar sırasına daxil olan amputasiya olunmuş qolun replantasiya əməliyyatı uğurla icra olunmuşdur.
Son 10 il ərzində Mərkəzi Gömrük Hospitalında 2000-ə yaxın travmatoloji və ortopedik əməliyyat icra olunmuşdur.
Ümumi diaqnostika
Artroskopik diaqnostika və cərrahi əməlliyatlar
HƏKİMLƏRİMİZ
Yüksəkixtisaslı, təcrübəli və qayğıkeş həkimlərimiz sağlamlığınızın qorunması üçün sizə keyfiyyətli tibbi yardım göstərməyə hər zaman hazırdır! Onların qəbuluna saytımızdan yazıla bilərsiniz.