ÜMUMİ CƏRRAHİYYƏ
Ümumi Cərrahiyyə
Hospitalın Cərrahiyyə şöbəsində xaricdə təhsil almış və uzunmüddətli iş təcrübəsi toplamış yüksəkixtisaslı həkim kollektivi çalışır.
Şöbədə laparoskopik və açıq üsulla bütün növ mürəkkəb cərrahi əməliyyatlar həyata keçirilir. Peşəkar həkimlərimiz tərəfindən qaraciyər, öd kisəsi və öd yollarının, mədəaltı vəzinin törəmələrinin, nazik və yoğun bağırsaqların patologiyaları, dalağın, qida borusu, mədədə, öd kisəsi və öd yollarında aparılan açıq və laparoskopik əməliyyatlar, yırtıqların laparoskopik təmiri, diaqnostik və terapevtik endoskopik müdaxilələr, mədəaltı vəzin tam və hissəvi çıxarılması, proktoloji əməliyyatlar, diafraqma yırtıqlarının laparoskopik təmiri və s. kimi əməliyyatları uğurla icra edilir.
Hospitalımızda unikal cərrahi əməliyyatlar sırasında olan öd yollarının laparoskopik eksplorasiyası müdaxiləsi uğurla tətbiq olunur.
Endoskopik yolla düz bağırsaq fistulasının ləğvi əməliyyatı Respublikamızda ilk dəfə məhz Mərkəzi Gömrük Hospitalında aparılmışdır.
Son 10 il ərzində Hospitalımızda 3500-ə yaxın ümumi cərrahi əməliyyatlar icra edilmişdir.
Ümumi cərrahiyyə şöbəsində müalicə edilən xəstəliklər:
Ümumi cərrahiyyə şöbəsində həyata keçirilən cərrahi əməliyyatlar:
HƏKİMLƏRİMİZ
Yüksəkixtisaslı, təcrübəli və qayğıkeş həkimlərimiz sağlamlığınızın qorunması üçün sizə keyfiyyətli tibbi yardım göstərməyə hər zaman hazırdır! Onların qəbuluna saytımızdan yazıla bilərsiniz.