UROLOGİYA

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

Urologiya​​​​​​​


Hospitalımızın Urolonefrolojı şöbəsində böyrək və sidik-cinsiyyət orqanları xəstəliklərinin diaqnostikası və müalicəsi həyata keçirilir. Müasir tibbi avadanlıqlarla təmin olunmuş şöbədə yüksəkixtisaslı həkimlərimiz tərəfindən bütün növ uroloji müayinə və müalicə metodları, prosedurları, açıq və qapalı cərrahi əməliyyatları həyat keçirilir. Şöbədə tətbiq olunan innovativ müalicə metodları böyrək xəstəliklərinin müalicəsində öz yüksək effektivliyini göstərir.


Hospitalımızda zərbə-dalğa litotripsiyası, sidik yolları və böyrək daşlarının müalicəsi, lazer və pnevmatik
ureterolitotripsiyası, böyrək daşlarının qapalı ureterolitotripsiyası, litoekstraksiyası, böyrək daşlarının ultrasəs litolapaksiyası, açıq sidik axarı və böyrək daşları əməliyyatları, laparoskopik böyrək daşları əməliyyatları, fibroureterorenoskopiya, perkutan nefrolitotomiya kimi əməliyyatlar həyata keçirilir.


Hospitalımızda zərbə-dalğa litotripsiyasını həyata keçirmək üçün müasir tibbin ən son nailiyyəti olan “Siemens” markalı cihaz quraşdırılmışdır. Proseduru bu sahədə xüsusilə ixtisaslaşmış gənc, dinamik, təcrübəli mütəxəssislər həyata keçirməkdədir.


Respublikada ilk dəfə kəsik aparılmadan tulium lazerlə prostat vəzinin adenomasının buxarlanması əməliyyatı uğurla icra olunmuşdur.


Müasir müalicə üsulu sayılan holium lazer cihazı vasitəsi ilə daşların yerləşmə yerindən və ölçüsündən asılı olmayaraq əridilməsi əməliyyatı Hospitalımızda uğurla tətbiq olunur.


Son 10 il ərzində həkimlərimiz tərəfindən 4500-dən artıq uroloji əməliyyat icra olunmuşdur.

Uronefroloji şöbəsində aparılan müalicə:


  • Sidik yolları və böyrək daşlarının müalicəsi
  • Kontaktsız daşqırma
  • Lazer ureterolitotripsiya
  • Pnevmatik ureterolitotripsiya
  • Böyrək daşlarının qapalı litotripsiyası, litoekstraksiyası
  • Böyrək daşlarının ultrasəs litolapaksiyası
  • Açıq sidik axarı və böyrək daşları əməliyyatları
  • Laparoskopik böyrək daşları əməliyyatları
  • Fibroureterorenoskopiya, litotripsiya
  • Sidik kisəsi daşlarında açıq və endoskopik əməliyyatlar
  • Sidik yolları, böyrək şişlərinin müalicəsi
  • Açıq tam və hissəvi nefrektomiyalar
  • Prostat xərçənginin radikal cərrahi müalicəsi
  • Cinsi pozğunluqlar, sonsuzluğun müalicəsi
  • Cinsi zəifliyin dəqiq diaqnostikası, dərman və cərrahi müalicəsi
  • Peyroni xəstəliyin müalicəsi
  • Xaya biopsiyası, toxum materialın alınması
  • Uşaqlarda görülən uroloji anomaliyaların müalicəsi
  • Qadınlarda mövcud uroloji problemlərin diaqnostikası və müalicəsi
  • Urodinamik müayyinə, sistometriya
  • Sidik saxlamazlığın minimal müdaxiləli müalicəsi
  • Prostatın qapalı və açıq əməliyyatları, biopsiyası


Təxirəsalınmaz uroloji müdaxilələr:


  • Stent və nefrostoma yerləşdirilməsi
  • Priapizm zamanı əməliyyatlar
  • Sidik yolları zədələnmələrinin müalicəsi
  • Klassik uroloji əməliyyatlar
  • Endoskopik (qapalı) prostat əməliyyatı (TURP)
  • Endoskopik (qapalı) sidik kisəsi daşı və şişlərinin əməliyyatları
  • Endoskopik (qapalı) böyrək daşı əməliyyatları
  • Böyrək, sidik axarı və sidik kisəsi daşlarının əməliyyatsız və ağrısız qırılması
  • Kişi sonsuzluğunun müalicəsi
  • Mikroskopik androloji əməliyyatlar (varikosel, toxum kanalları üzərində əməliyyatlar)
  • Qadınlarda və kişilərdə sidik saxlanamazlığının müalicəsi
  • Cinsi zəifliyin müalicəsi
  • Uşaqlarda anadangəlmə uroloji anomaliyaların aradan qaldırılması

HƏKİMLƏRİMİZ

Yüksəkixtisaslı, təcrübəli və qayğıkeş həkimlərimiz sağlamlığınızın qorunması üçün sizə keyfiyyətli tibbi yardım göstərməyə hər zaman hazırdır! Onların qəbuluna saytımızdan yazıla bilərsiniz.

Dr. Bəhruz Xalıqov

uzman, uroloq