KONFRANSIN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ
MƏQSƏD
VƏZİFƏLƏR
Tibb elmləri doktoru Fəxrəddin Gülmirzə oğlu Cavadovun 70 illik yubileyinə həsr olunmuş "Orqan bağışı problemi və transplantasiya" mövzusunda ELMİ KONFRANS keçiriləcək
20 aprel 2021-ci il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə Tibb elmləri doktoru Fəxrəddin Gülmirzə oğlu Cavadovun 70 illik yubileyinə həsr olunmuş "Orqan bağışı problemi və transplantasiya" mövzusunda Elmi Konfrans keçiriləcəkdir.
Hazırda Azərbaycan müasir tibbin ən sürətli inkişaf edən sahələrindən biri olan transplantalogiya sahəsi üzrə istər əməliyyatdan sonra müsbət nəticələrin əldə olunması, istər də ölüm faizlərinin və fəsadlaşma göstəricilərinin aşağı səviyyədə olmasına görə MDB ölkələri içərisində söz sahibi olacaq bir səviyyədədir. Sevindirici haldır ki, EURO-Trans adlandırılan Avropanın bütün statistik nəticələrini bir araya toplayan beynəlxalq təşkilatına görə transplantologiya sahəsi ilə bağlı Azərbaycanın adı ön sıralardadır. Bu uğurda Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı transplantaloji cərrahi briqadasının da öz rolu vardır. Belə ki, məhz Mərkəzi Gömrük Hospitalında eyni seansda iki mürəkkəb əməliyyat-5 yaşlı uşaq üzərində koronar by-pass əməliyyatı və qaraciyər transplantasiyası əməliyyatı uğurla icra edilmişdir. Amma əfsuslar olsun ki, ölkəmizdə yalnız canlıdan canlıya böyrək və qara ciyər köçürülməsi əməliyyatları icra edildiyindən donor çatışmazlığı ilə bağlı mövcud problemlər hələ də mövcuddur. Bu problemlər eyni zamanda meyiddən köçürülməsi mümkün olan ürək, ağciyər və digər orqanların transplantasiyası məsələlərinin də icra edilə bilməməsinə gətirib çıxarır.
Bu baxımdan 20 aprel 2021-ci il tarixində cəmiyyətin diqqətini bu məsələyə cəlb etmək və problemin həll yollarını araşdıraraq müvafiq sahənin inkişafına töhfə vermək məqsədilə həyata keçiriləcək konfransda yerli və beynəlxalq mütəxəssislər tərəfindən "Ölkəmizdə orqan transplantasiyasında 10 illik təcrübə", "Orqan və toxuma transplantasiyası işinin inkişafında orqan bağışı və mərkəzləşdirilmiş koordinasiya xidmətinin əhəmiyyəti. Bu sahədə Türkiyə təcrübəsi", "Beyin ölümü diaqnozu kriteriyaları:diaqnoz necə və kim tərəfindən qoyulmalıdır?”, "Orqan bağışı: psixoloji faktorlar; problemlər, perspektivlər.", "Zəif nöqtəmiz haradadır? Problemə tibbi, hüquqi, etik, iqtisadi və sosial baxış." mövzularında ümumilikdə beş çıxış dinləniləcək, eyni zamanda dinləyicilərin sualları cavablandırılacaq.
20 APREL 2021
AÇILIŞ NİTQLƏRİ
Ceyhun Məmmədov
AR Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi, rəis, Azərbaycan
Əhliman Əmiraslanov
TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu departamenti, rəhbər, Azərbaycan
Hande Harmancı
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan, nümayəndəliyi, rəhbər,
Azərbaycan
Rəşad Mahmudov
AR Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzini, rəis, Azərbaycan
MƏRUZƏÇİLƏR
Mircəlal Kazımi
Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və Orqan transplantasiyası şöbəsinin rəisi
Ata Bozoklar
Türkiyənin ilk orqan nəqli koordinatoru, Şişli Florence Nightingale Xəstəxanası
Qulam Rüstəmzadə
Mediland Hospitalın direktoru, anestezioloq-reanimatoloq
Elnur Rüstəmov
Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri
Rəşad Mahmudov
AR Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzini, rəis, Azərbaycan