KONFRANSIN MƏQSƏDİ VƏ VƏZİFƏLƏRİ
MƏQSƏD
VƏZİFƏLƏR
Ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş "Orqan transplantasiyasında müasir dövrün çağırışları” mövzusunda Beynəlxalq Elmi Konfrans həyata keçiriləcək
10 dekabr 2024-cü il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının və Türkiyənin Florence Nightingale Xəstəxanalar Qrupunun birgə təşkilatçılığı, ABBOT şirkətinin dəstəyi ilə Ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş "Orqan transplantasiyasında müasir dövrün çağırışları” mövzusunda Beynəlxalq Elmi Konfrans həyata keçiriləcək.
Əyani şəkildə həyata keçirilməsi planlaşdırılan Beynəlxalq Elmi Konfransda "Azərbaycanda orqan transplantasiyasının təşkilində dünya təcrübəsinin tətbiqi” “Qaraciyər transplantasiyası: təcrübə, çağırışlar və perspektivlər” və “Böyrək transplantasiyası: müasir yanaşmalar və gələcək imkanlar” başlıqlı 3 paneldə Azərbaycan və Türkiyədən olan yüksəkixtisaslı mütəxəssislər tərəfindən ümumilikdə 13 məruzə təqdim ediləcək. Konfrans panel müzakirələr və sual-cavab sesiyaları vasitəsilə interaktiv şəklində həyata keçiriləcək.
Konfrans proqrama uyğun olaraq xüsusilə ümumi cərrah, transplantoloq, ürək-damar cərrahı, uroloq, nefroloq, terapevt və infeksionist ixtisasına malik həkimlər və rezidentlər üçün nəzərdə tutulmuşdur.
10 DEKABR 2024
AÇILIŞ NİTQİ
Ceyhun Məmmədov
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d., əməkdar həkim
MODERATORLAR
İsmayıl Əfəndiyev
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent
Zahid Oruc
Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri, millət vəkili
Nuru Bayramov
AMEA Müxbir üzvü, ATU 1-ci Cərrahi xəstəliklər kafedrasının müdiri,professor, transplantoloq
Mədinə Abdullayeva
Mərkəzi Gömrük Hospitalının infeksionisti
Eldar Əhmədov
Yeni Klinikanın direktor müavini, Cərrahiyyə və transplantasiya mərkəzinin rəhbəri, Cərrah transplantaloq
Azər Nağıyev
MedEra Hospitalın həkim infeksionisti
MƏRUZƏÇİLƏR
Rəşad Mahmudov
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, ürək-damar cərrahı, t.e.d., əməkdar həkim
Yeganə Abbasova
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri, t.ü.f.d.
Nərgiz Ağayeva
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi iddialar departamentinin rəhbəri
Azər Nağıyev
MedEra Hospitalın həkim infeksionisti
Remzi Emiroğlu
İstanbul Florence Xəstəxanasının ümumi cərrahı
Eldar Əhmədov
Yeni Klinikanın direktor müavini, Cərrahiyyə və transplantasiya mərkəzinin rəhbəri, Cərrah transplantaloq
Tariyel Nadirov
Mərkəzi Klinikanın Orqan və Toxumaların Transplantasiyası şöbəsinin ümumi cərrahı, transplantoloqu
Mircəlal Kazımi
Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və Orqan transplantasiyası şöbəsinin rəisi, t.ü.f.d., ümumi cərrah, transplantoloq
Elnur Fərəcov
Mərkəzi Gömrük Hospitalının transplant nefroloqu, t.ü.f.d.
Rəşad Şolan
Dövlət Təhlükəsizliyi Xidməti Hərbi Tibb Baş İdarəsi Elmi Təcrübə Mərkəzinin rəisi, t.e.d.
Mirmənsim Məmmədov
Mərkəzi Gömrük Hospitalının Efferent Terapiya şöbəsinin rəisi, nefroloq
Ayşe Sinangil
İstanbul Florence Xəstəxanasının nefroloqu
Mədinə Abdullayeva
Mərkəzi Gömrük Hospitalının infeksionisti