PARTNYORUMUZ

 

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

PARTNYORUMUZ

Mərkəzi Gömrük Hospitalının rəsmi tərəfdaşı - Türkiyənin Florence Nightingale Xəstəxanalar Qrupu

 

Türkiyənin Florence Nightingale Xəstəxanalar Qrupu Mərkəzi Gömrük Hospitalının rəsmi tərəfdaşıdır. 3 may 2019-cu il tarixində Mərkəzi Gömrük Hospitalında Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi ilə Florence Nightingale Xəstəxanalar Qrupu arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. Bu memorandum tərəflər üçün tibb sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə, inkişafına xidmət edir. 


Florence Nightingale Xəstəxanalar Qrupu 1989-cu ildən fəaliyyət göstərir. Onun tərkibinə 5 xəstəxana: İstanbul Florence Nightingale Hastanesi, Şişli Florence Nightingale Hastanesi, Gayrettepe Florence Nightingale Hastanesi, Kadıköy Florence Nightingale Hastanesi, Ataşehir Florence Nightingale Hastanesi; 3 tibb mərkəzi, T.C.Demiroğlu Bilim Universiteti, tibb bacıları hazırlayan məktəb daxildir.  


Florence Nightingale Xəstəxanalar Qrupuna daxil olna hospitallarda ümumilikdə  1000 çarpayı yeri, 40 əməliyyatxana, reanimasiya və təcili yardım bölmələrində 141 çarpayı yeri olan qabaqcıl təcrübəyə malik xəstəxana kompleksidir. 30 il ərzində (1989-2019-cu illər) burada aparılan ürək əməliyyatlarının sayı 66 472, qaraciyər transplantasiyası əməliyyatlarının sayı 1229, böyrək transplantasiyası əməliyyatlarının sayı 839, ortopedik əməliyyatların sayı 27 000 olmuşdur. Xəstəxanalar Qrupunda tibbi personal 3000 nəfərdən ibarətdir, onlardan 595 həkimdir. 1000 həkim isə başqa xəstəxanalardan və xarici ölkələrdən dəvət olunmuş həkimlərdir.


Florence  Nightingale Xəstəxanalar Qrupunun bütün həkimləri Türkiyədə öz peşəkar fəaliyyətlərini həyata keçirmək üçün Türkiyə Tibb Şurasının zəruri lisenziyalarına malikdirlər. Eyni zamanda, həkimlərin əksəriyyəti ABŞ, Avstraliya və Avropada sertifikasiya almışlar. 


Florence Nightingale Xəstəxanalar Qrupunda pasiyentlərin müalicəsi üçün son illər ən müasir texnologiyalardan və avadanlıqlardan istifadə edilir. Xəstəxanalar qrupu yeni tədris proseslərinə daim sərmayələr yatırmaqla, öz ekspertlərinə ən yüksək keyfiyyətli tibbi xidmət göstərməyi öyrədir. Bu səhiyyə ocağı öz təcrübəsinin yenilənməsi siyasətinə daim sadiqdir, yeni avadanlıqlara sərmayələr qoyur və ən yüksək keyfiyyətli tibbi xidmət göstəriməsi üçün öz mütəxəssislərinin ixtisasını artırır.

 

Florence Nightingale Xəstəxanalar Qrupunun dünya səviyyəli tibbi xidmətlər təqdim etməyə sadiqliyi onun təcrübəsindən bəllidir.Florence Nightingale Xəstəxanalar Qrupunun unikallığı ondan ibarətdir ki, burada tələbələrin təhsili və təlimi üçün xüsusi universitet və xəstəxana vardır. Bu universitet və xəstəxana bütün dünyadan olan tədqiqatları izləyib araşdırmaqdan ötrü Qrupun Kliniki Tədqiqat Mərkəzi və qabaqcı təcrübə mərkəzləri ilə sıx qarşılıqlı əlaqədə işləyir. 


Florence Nightingale Xəstəxanalar Qrupunda Joint Commission İnternational standartı üzrə növbəti akkrediyasiyadan Joint Commission İnternational serifikatını alıb. Qeyd edək ki, JCİ sertifikatı dünyada tibb müəssisələri arasında tanınmış, tibbi xidmətlərin keyfiyyətinin daha da təkmilləşdirilməsinə və təhlükəsizliyinin təmin edilməsinə zəmanət verən yüksək keyfiyyət standartıdır.


Hər iki ölkənin aparıcı tibb müəssisələrindən olan Mərkəzi Gömrük Hospitalı və Florence Nightingale Xəstəxanalar Qrupu arasında qurulan əməkdaşlıq bundan sonra əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəlməsinə kömək edəcək, bu istiqamətdə artıq intensiv işlər aparılır. 


Əminik ki, Mərkəzi Gömrük Hospitalının və Florence Nightingale Xəstəxanalar Qrupu arasında imzalanmış anlaşma memorandumu çərçivəsində hər iki ölkənin aparıcı mütəxəssislərinin iştirakı ilə keçirilən qarşılıqlı elmi-praktiki tədbirlər, müştərək elmi-tədqiqat işləri, tibbi araşdırmalar ölkəmizdə tibbdə yeniliklərin tətbiqinə, yeni elmi nailiyyətlərin əldə edilməsinə və bu sahənin inkişafına öz töhfəsini verir.