ELMİ KONFRANSIN MƏQSƏDİ VƏ VƏZİFƏLƏRİ 

 

      MƏQSƏD

  • Pediatriyada rastlanan xəstəliklərə multidissiplinar yanaşmanın tətbiqi, müvafiq xəstəliklərin diaqnozunun qoyulması və diaqnozunun erkən təyininin rolu barədə ixtisaslı mütəxəssislərin maarifləndirilməsi

 

      VƏZİFƏLƏR

  • Pediatriyada müasir tibbi yeniliklərin və beynəlxalq standartların tətbiqinin əhəmiyyəti ilə bağlı təcrübə mübadiləsinin təşkili
  • Həkimlərin bilik və bacarıqlarının təkmilləşdirilməsi istiqamətində müzakirələrin və sual-cavab sessiyalarının təşkil olunması 


 

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş “Pediatriyada müzakirəli məsələlərə müasir baxış” mövzusunda Elmi Konfrans keçiriləcək.


3 iyun 2024-cü il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının və Abbott şirkətinin birgə təşkilatçılığı ilə 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş “Pediatriyada müzakirəli məsələlərə müasir baxış” mövzusunda Elmi Konfrans həyata keçiriləcək.


Konfransda “Uşaqlarda mədə-bağırsaq sisteminin funksional pozğunluğu-qəbizlik”, “Uşaqlarda qəbizliyin cərrahi səbəbləri”, “Uşaqlarda tonzillit” və “Epşteyn Barr infeksiyası – differensial diaqnostika” mövzularında ümumilikdə 4 məruzə dinləniləcək. Konfrans müzakirələr və sual-cavab sesiyaları vasitəsilə interaktiv şəklində həyata keçiriləcək.


Konfrans proqrama uyğun olaraq xüsusilə pediatr, uşaq cərrahı, otolarinqoloq və infeksionist ixtisasına malik həkimlər və rezidentlər üçün nəzərdə tutulmuşdur. Konfrans əyani olaraq Mərkəzi Gömrük Hospitalının akt zalında, distant olaraq zoom platformasında həyata keçiriləcəkdir.


Konfransın akkreditasiya edilməsi üçün Səhiyyə Nazirliyinə müraciət edilmişdir. Konfransda iştirak ödənişsizdir. Qeydiyyatdan keçmək mütləqdir! 
 

03 İYUN 2024

AÇILIŞ NİTQLƏRİ

Ceyhun Məmmədov

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d., əməkdar həkim

Rəşad Mahmudov 

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, t.e.d., əməkdar həkim


MƏRUZƏÇİ

Dr. Nigar Hacıyeva

Azərbaycan Dövlət  Həkimləri Təkmilləşdirmə İnstitutunun pediatriya kafedrasının dosenti, t.ü.f.d.

Dr. Vüsal Cəfərov

Mərkəzi Gömrük Hospitalının Uşaq cərrahiyə şöbəsinin rəisi, uzman uşaq cərrahı

Dr. Sənubər Vəliyeva

Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun pediatrı, t.ü.f.d.

Dr. Nigar Mirzəyeva

Mərkəzi Gömrük Hospitalının pediatrı