Peyvəndlərinizi vaxtında etdirin!


Mərkəzi Gömrük Hospitalı Avropa və Amerikanın etibarlı istehsalçılardan alınmış yüksəkkeyfiyyətli peyvəndləri Sizə təqdim edir:

 

Uşaqlar üçün peyvəndlər
1.    Infanrix Hexa (GSK, İngiltərə) və ya Hexaxim (Sanofi, Fransa) - birləşmiş difteriya, tetanus, poliomielit, Hepatit B, Haemophilus influenzae və göy öskürəyə qarşı;
2.    Varilrix (GSK, İngiltərə) - su çiçəyi əleyhinə;
3.    Havrix pediatrik (GSK, İngiltərə) - hepatit A əleyhinə;
4.    Rotarix (GSK, İngiltərə) - rotavirus əleyhinə; 

 

Böyüklər üçün peyvəndlər
5.    Engerix B adult (GSK, İngiltərə) - hepatit B əleyhinə;
6.    Influvac (Abbot, ABŞ) - qrip əleyhinə.

 

Vaxtında edilmiş peyvəndlər Sizi və övladlarınızı ən ciddi xəstəliklərdən və onların təhlükəli fəsadlarından qorumuş olur. Son yüzillikdə bir çox xəstəliklərin zərərini məhz vaksinlər vasitəsilə azaltmaq mümkün olmuşdur. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, peyvəndlər hər il ölümdən 2 milyondan 3 milyona qədər uşağı xilas edir. 

 

Diqqət! Peyvəndlərin qoruyucu təsir göstərə bilməsi üçün onların xüsusi təqvim üzrə edilməsi əsas şərtdir! Peyvəndlərinizi vaxtında etdirin, özünüzü və uşaqlarınızı xəstəliklərdən qoruyun!
 

Ətraflı məlumat üçün (012) 404-08-08 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.