KONFRANSIN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ
MƏQSƏD
VƏZİFƏLƏR
“Postkovid sindrom: Qlobal pandemiyanın arzuolunmaz nəticəsi” mövzusunda Elmi Konfrans həyata keçiriləcəkdir.
30 may 2023-cü il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə “Postkovid sindrom: Qlobal pandemiyanın arzuolunmaz nəticəsi” mövzusunda Elmi Konfrans həyata keçiriləcəkdir.
Konfransda postkovid sinromla əlaqəli mövzulara dair yüksəkixtisaslı mütəxəssislər tərəfindən təqdimatlar ediləcək və auditoriyanı maraqlandıran suallar cavablandırılacaq.
Proqrama uyğun olaraq Konfrans immunoloq, allerqoloq, terapevt, dermatoveneroloq, endokrinoloq, infeksionist, fizioterapevt, anestezioloq-reanimatoloq, psixiatr ixtisasına malik həkimlər və rezidentlər üçün nəzərdə tutulmuşdur.
Hərkəs üçün əlçatanlığı təmin etmək məqsədilə Konfrans hibrid formatda həyata keçiriləcək. Konfrans əyani şəkildə Mərkəzi Gömrük Hospitalının akt zalında, distant olaraq isə ZOOM platformasında həyata keçiriləcək.
30 MAY 2023
AÇILIŞ NİTQİ
Ceyhun Məmmədov
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d., əməkdar həkim
İsmayıl Əfəndiyev
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent
Rəşad Mahmudov
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, t.e.d., əməkdar həkim
Lalə Allahverdiyeva
ATU-nun " Allerqologiya və immunologiya" kafedrasının müdiri, əməkdar elm xadimi, əməkdar həkim,
t. e. d., professor
Yaqut Qarayeva
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Strateji inkişaf departamentinin rəhbəri
MƏRUZƏÇİLƏR
Azad Əhmədov
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin mütəxəssisi
Lalə Allahverdiyeva
ATU-nun " Allerqologiya və immunologiya" kafedrasının müdiri, əməkdar elm xadimi, əməkdar həkim, t. e. d., professor
Mədinə Abdullayeva
Mərkəzi Gömrük Hospitalının infeksionisti
Mehdi Əliyev
Mərkəzi Gömrük Hospitalının anestezioloq-reanimatoloqu
Səidə Kərimova
Mərkəzi Gömrük Hospitalının Fizioterapiya şöbəsinin rəisi
Günay Hətəmova
Mərkəzi Gömrük Hospitalının kardioloqu
Naidə Novruzova
Mərkəzi Gömrük Hospitalının endokrinoloqu
Sevinc Kərimova
Mərkəzi Gömrük Hospitalının dermatoveneroloqu
İradə Ramazanova
Mərkəzi Gömrük Hospitalının psixiatrı