EKSPERT GÖRÜŞÜNÜN MƏQSƏDİ VƏ VƏZİFƏLƏRİ 

 

      MƏQSƏD

  • Anesteziologiya və reanimatologiya sahəsində fəaliyyət göstərən mütəxəssislərin bilik və bacarıqlarının təkmilləşdirilməsi 

 

      VƏZİFƏLƏR

  • Qaraciyər transplantasiyasında anesteziyanın və əməliyyatdan sonra intensiv terapiyanın xüsusiyyətləri barədə maarifləndirmənin həyata keçirilməsi
  • Müvafiq ixtisaslı həkimlər arasında təcrübə mübadiləsinin təmin edilməsi


 

“Qaraciyər transplantasiyasında anesteziyanın və əməliyyatdan sonra intensiv terapiyanın xüsusiyyətləri” mövzusunda ekspertlərin görüşü həyata keçiriləcək

 

14 mart 2025-ci il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının, Azərbaycan Anestezioloqlar və Reanimatoloqlar Cəmiyyətinin və B.Braun şirkətinin birgə təşkilatçılığı ilə “Qaraciyər transplantasiyasında anesteziyanın və əməliyyatdan sonra intensiv terapiyanın xüsusiyyətləri” mövzusunda ekspertlərin görüşü həyata keçiriləcək.

 

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rektor müavini, Azərbaycan Anestezioloqlar və Reanimatoloqlar Cəmiyyətinin sədri, t.ü.f.d  Zəhra Vəzirova və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri, t.ü.f.d. Yeganə Abbasovanın moderatorluğu ilə həyata keçiriləcək tədbirdə Mərkəzi Gömrük Hospitalının anestezioloq-reanimatoloqu Rəşad Nəsirli “Qaraciyər transplantasiyasında anesteziyanın xüsusiyyətləri”, Xəyal Məmmədov isə “Qaraciyər transplantasiyasında əməliyyatdan sonra intensiv terapiyanın xüsusiyyətləri“ mövzularında təqdimatla çıxış edəcəklər və auditoriyanı maraqlandıran suallar cavablandırılacaqlar.


Tədbir saat 15:30-dan 18:00-dək əyani şəkildə Mərkəzi Gömrük Hospitalının akt zalında həyata keçiriləcək. Tədbirdə iştirak dəvətnamə əsasında həyata keçiriləcək. 
 

14 MART 2025

AÇILIŞ NİTQİ

Ceyhun Məmmədov

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d., əməkdar həkim

Rəşad Mahmudov 

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, ürək-damar cərrahı, t.e.d., əməkdar həkim

​​​​​​​

Mircəlal Kazımi 

Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin transplantoloqu, t.ü.f.d.

MODERATOR

Zəhra Vəzirova

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rektor müavini, Azərbaycan Anestezioloqlar və Reanimatoloqlar Cəmiyyətinin sədri, t.ü.f.d  

Yeganə Abbasova

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri, t.ü.f.d.

MƏRUZƏÇİ

Rəşad Nəsirli

Mərkəzi Gömrük Hospitalının Əməliyyatxana, Reanimasiya və İntensiv Terapiya şöbəsinin anestezioloq-reanimatoloqu 

Xəyal Məmmədov 

Mərkəzi Gömrük Hospitalının Əməliyyatxana, Reanimasiya və İntensiv Terapiya şöbəsinin anestezioloq-reanimatoloqu