HƏKİMLƏRİMİZ



Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

Ramin Rzayev, t.f.d.

şöbə rəisi, travmatoloq-ortoped 

Peşəkarlığımla pasiyentlərimə yüksək keyfiyyətli tibbi yardım göstərmək, individual yanaşmaq və onların məmnuniyyətini qazanmaq həkimlik fəaliyyətimin əsas qayəsidir! 

İcra etdiyi əməliyyatlar: Oynaqların endoprotezləşdirilməsi (artroplastikası); Oynaqların artriskopiyası; Yuxarı ətrafların, aşağı ətrafların, çanağın qapalı və açıq üsulla osteosintezi; Yuxarı və aşağı ətrafların əyriliklərinin-deformasiyalarının korreksiyası; Uşaqlarda ortopedik və travmatoloji əməliyyatlar

Təhsil

Universitet təhsili

  • 1996-2001

Azərbaycan Tibb Universiteti

  • 2001-2003

Rusiya, akademik İ.P.Pavlov adına Sankt-Peterburq Dövlət Tibb Universiteti

 

Diplomdansonrakı təhsil

  • 2003-2004. 

Rusiya, Sankt-Peterburq Dövlət diplomdansonrakı təhsil üzrə Tibb Akademiyası, İnternatura

  • 2004-2006.

Rusiya, Sankt-Peterburq Dövlət diplomdansonrakı təhsil üzrə Tibb Akademiyası, Ordinatura

  • 2006-2009.

Rusiya, Sankt-Peterburq Dövlət diplomdansonrakı təhsil üzrə Tibb Akademiyası, Aspirantura

 

İş təcrübəsi və Nailiyyətlər

  • 2004-2010-cu illərdə  Rusiya Federasiyası Sankt-Peterburq prof. İ.İ. Djanelidze adına Təcili Yardım Elmi Tədqiqat institutunun travmatologiya-ortopediya bölməsində travmatoloq-ortoped kimi çalışıb
  • 05.01.2011-ci il ildən Mərkəzi Gömrük Hospitalında həkim travmatoloq-ortoped kimi fəaliyyət göstərir, travmatologiya şöbəsinin rəisidir

 

Patentlər

  • Dr. Ramin Rzayev Rusiya Federasiyası Dövlət İxtiraçılar reyestrində qeydiyyatdan keçmiş  “Eksternal osteosintez zamanı sümüyün xarici fiksasiya aparatına birləşdirmə üsulu” adlı 2354320 saylı  patentin həmmüəllifidir.
  • Dr. Ramin Rzayev Rusiya Federasiyası Dövlət İxtiraçılar reyestrində qeydiyyatdan keçmiş  “Çanağın ön və arxa şöbələrinin bütövlüyünün pozulması ilə müşaiyət olunan zədələnmələrinin müalicə üsulu” adlı  2364359 saylı patentin həmmüəllifidir.

 

Elmi işlər

  • “Travmatik şokla müşayiət olunan xəstələrdə həlqəsinin tamlığı pozulmuş çanağın zədələnmələrinin müasir üsullarla müalicəsi”  mövzusunda elmi işinə görə 2 patent almışdır

 


İştirak etdiyi tədbirlər

 

İxtisasartırma kursları

  • 2009 Russiya Federasiyası R.R. Vreden adına Travmatologiya-Ortopediya Elmi Tədqiqat institutunda “oynaqların və uzun borulu sümüklərin endoprotezləşdirilməsi”  kursunu keçərək ayrıca oynaqların, uzun borulu sümüklərin endoprotezləşdirilməsi üzrə diploma yiyələnmişdir
  • 2015 Böyüklərin ortopedik xəstəliklərinin və travmalarının cərrahi müalicəsi üzrə kursu, Avstriya, Zalsburq
  • 2016-2017 Böyük oynaqların artroplastikası-endoprotezləşdirilməsi üzrə ixtisasartırma kursu, Almaniya, Hamburq

 

Konfranslar

  • 2017 Ağrı və müasir müalicə üsulları üzrə konfrans, Danimarka, Kopenhagen
  • 2021 Türk Travmatoloji Cəmiyyətinin təşkilatçılığı ilə XXX Milli Türk Ortopedik və Travmatoloji konqresi. Türkiyə, Antalya şəhəri. 
    2022 “Bud-çanaq və diz artroplastikasında aktual problemlər” III Beynəlxalq kurs seminarı. Azərbaycan, Bakı şəhəri 
  • 2022 Dünya Ağrı İnstitutunun təşkilatçılığı ilə keçirilən Ağrı probleminə həsr olunmuş XI Beynəlxalq konqres. Macarıstan,  Budapeşt şəhəri.
  • 2023 Türkiyə Ortopdiya Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən Milli Türk Uşaq Ortopediya Konqresi. Türkiyə Respublikası, Ankara şəhəri
  • 2023 Türkiyə Uşaq Ortopediyası Dərnəyinin təşkilatçılığı ilə keçirilən Milli Türk Uşaq Ortopediya Konqresində iştirak edib. Türkiyə, Ankara şəhəri. 

Peşəkar cəmiyyətlərdə üzvlük


  • Rusiya travmatoloq-ortopedlər Assosiasiyası
  • Türk Ortopediya ve Travmatologiya Dərnəyi
  • "İnsan və Sağlamlığı" Rusiyanın regionlararası ictimai təşkilatı