HƏKİMLƏRİMİZ



Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

Səbinə İbrahimova

şöbə rəisi, həkim-laborant

Laborator diaqnostika tibb elminin bir hissəsini təşkil edir və vaxtında düzgün aparılan laborator müayinələr xəstəliklərin diaqnozun təyin edilməsində lazımi məlumatı verir.

Fəaliyyət sahəsi: Molekulyar mikrobiologiya sahəsində Real Zaman PZR modifikasiya kimi üsul vasitəsi ilə kəmiyyət və keyfiyyət nəticələri verən diaqnostik testlərin həyata keçirilməsi. Tətbiq sahəsi: COVİD-19 diaqnostikası, hepatitlərin (HBV, HCV və s.) mürəkkəb genotiplərinin müəyyənləşdirilməsi, hamiləliyin inkişafına təsir edən zooinfeksiyalardan toksoplazma, xlamidiya, sitomeqalovirus, herpes I və II, mikoplazma və bir sıra başqa infeksiyaları (virus və bakteriya etiologiyalı) PZR analizin köməyi ilə təyin edilməsi.

Təhsil

  • 1992-1997

Bakı Dövlət Universiteti, tibbi-biologiya fakültəsi.

Təcrübə və Bacarıqlar

  • 2004-2017 Müxtəlif dövlət və özəl tibb müəssisələrində həkim- mikrobioloq kimi fəaliyyət göstərib.

  • 2017-2020 Müxtəlif dövlət və özəl tibb müəssisələrində Molekulyar-biologiya laboratoriyasının müdüri kimi çalışıb.

  • 2020-ci il Mərkəzi Gömrük Hospitalında həkim-laborant, PZR üzrə mütəxəssis.

  • 2024-cü ildən etibarən Laboratoriya şəbə rəisi kimi fəaliyyət göstərir.

Nailiyyətlər

  • Fəlsəfə doktoru, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası.

  • 2016-ci ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Səhiyyə əlaçısı”.

  • 2021-ci ildə Azərbaycan Respublikası Dövlət Gömrük Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının Laboratoriya şöbəsinin xidmətdə əldə etdiyi müvəffəqiyyət, qüsursuz xidmət və digər nailiyyətlərinə görə Fəxri fərman.


Lisenziyalar və Sertifikatlar

 

  • 2010-2012 ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) təşkilatçılığı ilə “Sahə Epidemiologiya və Laboratoriya” üzrə təlim kursu. Gürcüstan, Tbilisi şəhəri. 

  • 2014-2017 Təhlükənin Azaldılması üzrə Müdafiə Agentliyi (TAMA) təşkilatçılığı ilə Biotəhlükəsizlik və Biomühafizə üzrə laborator təlimlər, Azərbaycan, Bakı şəhəri.

  • 2014 TAMA-nın təşkilatçılığı Rikketsiyalar üzrə Amerika alimlərin konfransı, ABŞ, Montana ştatı.

  • 2016 Kimyəvi, Bioloji, Radioloji, Nüvə və Partlayıcı maddələrlə bağlı Elm və Biotəhlükəsizlik üzrə dünya konqresi. Gürcüstan, Tbilisi şəhəri.

  • 2016 Təhlükəsizlik  Assossiyası (GeBSA) və Xəstəliklərə Nəzarət və İctimai Səhiyyənin Milli Mərkəzinin təşkilatçılığı ilə 12-ci Beynəlxalq Simpoziumu, 
    Gürcüstan, Tbilisi şəhəri.

  • 2017 Avropa Biotəhlükəsizlik Assosiasiyasının təşkilatçılığı ilə Biotəhlükəsizlik üzrə konfrans. İspaniya, Madrid şəhəri.

  • 2018. "Təhlükəsiz qida mövzusunda təlim"-in təşəbbüsü çərçivəsində sanitariya və fitosanitariya sahələrində “Avian Influenza” hüquq mühafizə orqanlarını 
     gücləndirmək üçün tədbirlərinin təşkilatçılığı ilə workshop, Belarusiya, Minsk şəhəri.

  • 2018 TAMA-nın təşkilatçılığı ilə Xüsusi Təhlükəli İnfeksiyalarla bağlı konfrans, ABŞ, Vaşinqton şəhəri.

  • 2018 Malaziya  Tibbi Elmi Tədqiqat Universitetinin təşkilatçılığı ilə Virus infeksiyalarının laborator deteksiyası və identifikasiyası mövzusunda təlim, 
    Malaziya, Kuala-Lumpur şəhəri.

  • 2019 TAMA-nın təşkilatçılığı ilə Ipək yolunda Biotəhlükəsizlik qaydaları üzrə Elmi konfrans, Kazaxstan, Nursultan şəhəri.

  • 2019 ÜST-ün təşkilatçılığı ilə İmmunoferment müayinələrinin aparılması üzrə təlim Russiya, Moskva şəhəri.

  • 2020 Azərbaycanın Səhiyyə Nazirliyinin və Türkiyənin Səhiyyə nazirliyinin təşkilatçılığı ilə COVID-19 infeksiyasının molekulyar diaqnostikası üzrə təlim, Türkiyə, Ankara şəhəri.

  • 2020  ÜST-ün təşkilatçılığı ilə Avropa regionun Yüksək Təhlükəli Patogenlərin laborator diaqnostikası mövzusunda iclas. Austria, Vienna şəhəri.

  • 2021ÜST-ün təşkilatçılığı ilə Laboratoriya testlərinin qiymətləndirilməsinin əsasları mövzusunda təlim, Azərbaycan, Bakı şəhəri.

  • 2022 Dövlət Gömrük Hospitalının təşkilatçılığı ilə COVID-19 kompleks diaqnostikasında müasir yanaşmalar mövzusunda Beynəlxalq Elmi Konfrans, Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-Tibb Baş İdarəsinin Hərbi Hospitalı, Azərbaycan,  Bakı şəhəri.

  • 2022 Dövlət Gömrük Hospitalının təşkilatçılığı COVID-19-un Diaqnostika və müalicəsi, Metodik vəsaitin tədqimatına həsr olunmuş elmi konfrans.  Azərbaycan, Bakı şəhəri.

  • 2022 ÜST-ün təşkilatçılığı ilə Sağlamlıq üçün həmrəylik təşəbbüsü mövzusunda konfrans. Azərbaycan, Bakı şəhəri.

  • 2022 ÜST-ün təşkilatçılığı ilə Molekulyar Epidemiologiyada Sekvensiya və Bioinformatikanın əhəmiyyəti mövzusu üzrə təlim. Azərbaycan, Bakı şəhəri.

  • 2023 Yunanıstanın Saloniki Aristotel Universitetinin təşkilatçılığı ilə Krım-Konqo Hemorragik Qızdırma virusunun 3-cü Beynəlxalq konfransı. Yunanıstan, Saloniki şəhəri.