HƏKİMLƏRİMİZ



Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

Samir Ağalarov, uzman

uroloq

Tibb də bir sənətdir. Yaşama sənəti. Bu sənətin sevildiyi yerdə insan da, insanlıq da sevilir, yaşayır.

Fəaliyyət sahəsi: Kişi sonsuzluğu, varikosel, enməmiş xaya, Hipospadias (doğuşdan sünnət), böyrək və sidik axarı daşları, qadınlarda sidik qaçırma, prostat adenoması, onkoloji xəstəliklər, uşaqlarda gecə sidik qaçırma, cinsi zəiflik və digər cinsi xəstəliklərin müasir üsullarla müalicəsi və cərrahiyyəsi. 

 

Təhsil

  • 2002-2010

Türkiyə Respublikası Erciyes Universitetinin Tibb fakültəsi 

  • 2014-2019

Okmeydanı Təhsil və Tədqiqat Xəstəxanasının Urologiya şöbəsində urologiya-andrologiya ixtisası üzrə uzmanlıq təhsili

 

 

Təcrübə və Bacarıqlar

  • 2012-2014. Türkiyə Respublikasında Bodrum Acıbadem xəstəxanasında təcili tibbi yardım həkimi
  • 2019-2021 Azərbaycanda özəl tibb müəssisəsində uroloq-androloq kimi fəaliyyət göstərib
  • 2021-ci ildən Mərkəzi Gömrük Hospitalında uroloq-androloq kimi çalışır.

Lisenziyalar və Sertifikatlar

 

  • 2015 Türkiyənin İzmir şəhərində Türkiyə Urologiya Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən II Dünya Endouroloji konqresində “Tək böyrəkli transplant xəstəsində mövcud olan daşın qapalı cərrahiyyəsi” mövzusunda çıxış edib.  
  • 2016 Endourologiya Təşkilatının təşkilatçılığı ilə “Laparoskopik və robotik cərrahiyyə” kursu
  • 2016 Fransa Uroloji Cəmiyyətinin təşkilatçılığı ilə “Endorulogiyanın problemləri” konqresi. Paris şəhəri, Fransa.
  • 2017 Türkiyə Urologiya Cəmiyyətinin təşkilatçılığı ilə XXVI Beynəlxalq Urologiya konqresi. Şimali Kipr Türk Respublikası
  • 2019 İstanbul AcıBadəm Taksim xəstəxanasının təşkilatçılığı ilə “Laparoskopik və Robotik canlı cərrahiyyə” kursu. 
  • 2022 Türkiyə Urologiya Cəmiyyətinin təşkilatçılığı keçirilən 31-ci Milli Urologiya konqresi Şimali Kipr Türk Respublikası.
  • 2023 Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin və Azərbaycan Onkoloqlar Cəmiyyətinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileryinə həsr edilmiş VI Beynəlxalq Uroonkologiya Simpoziumunda  iştirakçı və məruzəçi qismində  iştirak edib

Üzv olduğu təşkilatlar


  • Avropa Urologiya Cəmiyyətinin üzvü
  • Amerika Urologiya Cəmiyyətinin üzvü
  • Türkiyə Uroloji Cərrahlar Cəmiyyətinin üzvü