HƏKİMLƏRİMİZ



Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

Samirə Əliyeva

təcili tibbi yardım həkimi

İnsan həyatı çox dəyərlidir və insana bir dəfə verilir. Ona görə də çalışıram yardıma ehtiyacı olanlara özümü tez çatdırım, imkanım daxilində kömək edim. Hər dəfə ağır vəziyyətə düşən insanlara azca da köməyim dəyirsə, onları xilas edirəmsə, özümü çox xoşbəxt hiss edirəm. Mənim üçün xoşbəxtlik anları deyilən, elə bu anlardır.

Fəaliyyət sahəsi: Protokola (CPR, BLS, ACLS, ATLS) uyğun olaraq reanimasiya və stabilləşdirmə tələb edən ağır xəstə və yaralanan xəstələrin təcili qəbulu, stabilləşdirilməsi və ixtisasçılara ötürülməsi; kardiovaskulyar, pulmonar, mədə-bağırsaq, kranioserebral və endokrinoloji xəstəlikləri olan xəstələr üçün ilkin qiymətləndirmə və yardım; xəsarət almış və şok halında olan xəstələrin ilkin və yekun qiymətləndirilməsi; beyin zədəsi olan xəstənin Glazgo Koma şkalası ilə qiymətləndirilməsi və ilkin yardım; baş və üz yaralanmalarının qiymətləndirilməsi, boyun və onurğanın zədələnməsi zamanı immobilizasiya; kiçik cərrahi prosedurların aparılması.

Təhsil

  • 1999-2005

Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsi. 

  • 2021

 Səhiyyə Nazirliyi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda həkim-terapevt ixtisası üzrə təkmilləşdirmə kursları.

Təcrübə və Bacarıqlar

  • 2005.  Ə.D.Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasının Terapiya şöbəsi həkim-interna, 1 saylı şəhər klinik xəstəxanası – həkim-interna
  • 2005-2006 Kliniki Tibbi Mərkəzin Kardiologiya şöbəsi həkim-interna
  • 2006-2007 Avromed özəl tibb mərkəzi – həkim-koordinator
  • 2007 Nəsrəddin Tusi adına Klinika – həkim-koordinator
  • 2009 Oksigen Yeni Tibb Mərkəzi – həkim-koordinator
  • 2010-2015 Mərkəzi Gömrük Hospitalı, Xəstə xidmətləri şöbəsi - həkim-koordinator
  • 2019 Mərkəzi Neftçilər Xəstəxanası - həkim-terapevt 
  • 2019-2023 Mərkəzi Gömrük Hospitalı, Poliklinika şöbəsi həkim-terapevt

 


Lisenziyalar və Sertifikatlar

 

  • 2015 Atatürk Elmi Araşdırma Xəstəxanası – İntensiv kardiologiya və reanimasiya kursu, Ankara, Türkiyə

  • 2022 "Marien Hospital" intensiv kardiologiya Kursu, Papenburg, Almaniya

  • 2022 İnvaziv Kardiologiya kursu, Bakı, Azərbaycan 

  • 2023 "Fachklinik İchnenhausen" Nevroloji-Reabilitasiya Kursu, İchnenhaus, Almaniya

 

Üzv olduğu təşkilatlar

 

  • Azərbaycan Kardiologiya Cəmiyyətinin üzvü 

  • Avropa Kardioloqlar Cəmiyyətini üzvü