HƏKİMLƏRİMİZ
Sevinc Kərimova
dermatoveneroloq
Dərinizdə yaranan problemlər orqanizmin sağlamlığının aynasıdır. Dəri-zöhrəvi problemlərin vaxtında aradan qaldırılması həyat keyfiyyətinizin yüksək səviyyədə qalması, estetik gözəlliyinizi uzun illər saxlanılmasına xidmət edir.
Fəaliyyət sahəsi: Allergik dermatit və dermatozlar, Ekzema, Psoriaz
Demodekoz, Müxtəlif etiologiyalı dəmrovlar, Acne vulqaris, Ocaqlı alopesiyalar, Döyənəklər, Dərinin, dırnağın və saçların göbələk xəstəlikləri, Cinsi yolla yoluxan zöhrəvi xəstəliklər - xlamidiya, mikoplazma, ureaplazma, qonoreya, trixomoniaz və s.urogenital patologiya, Genital Herpes, Viruslu ziyillər (kondilomalar), Ət xalları - papilloma, epitelioma, bazalioma və s.dəri törəmələrinin kriodestruksiya üsulu ilə ağrısız, fəsadsız götürülməsi.
Təhsil
Azərbaycan Tibb Universiteti,
müalicə-profilaktika fakültəsi
Hövzə xəstəxanası,
İnternatura
Təcrübə və Bacarıqlar
1996-2009 Dövlət tibb müəssisəsində həkim-dermatoveneroloq kimi çalışıb
2009- cu ildən Mərkəzi Gömrük Hospitalı, həkim-dermatoveneroloq
Mükafatlar
2022 “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub.
Lisenziyalar və Sertifikatlar
2023 Türkiyə Dermatoveneroloji Dərnəyinin təşkilatçılığı ilə keçirilən “Ege Dermatologiya Günləri” tədbiri. Türkiyə, İzmir şəhəri.
Üzv olduğu təşkilatlar