ELMİ KONFRANSIN MƏQSƏDİ VƏ VƏZİFƏLƏRİ
MƏQSƏD
VƏZİFƏLƏR
"Son mərhələ qaraciyər xəstəliyi və viral hepatitlər" mövzusunda Elmi Konfrans həyata keçiriləcəkdir.
23 aprel 2024-cü il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının, “Azərbaycan Qastroenteroloqlar və Hepatoloqlar” İctimai Birliyinin, “Azərbaycan İnfeksion Xəstəlikləri və Kliniki Mikrobiologiya Cəmiyyəti”-nin və Abbot şirkətinin birgə təşkilatçılığı ilə "Son mərhələ qaraciyər xəstəliyi və viral hepatitlər" mövzusunda Elmi konfrans həyata keçiriləcəkdir.
Elmi konfrans zamanı yüksəkixtisaslı mütəxəssislər tərəfindən viruslu hepatitlərin diaqnostika və müalicəsindəki yeniliklər, qaraciyər sirrozunun diaqnostika və müalicə prinsipləri, hepatorenal sindrom, qaraciyər transplantasiyası və transplantasiyadan sonrakı infeksiyalar barədə təqdimatlar ediləcək və auditoriyanı maraqlandıran suallar cavablandırılacaq.
Proqrama uyğun olaraq konfrans pediatr, ümumi cərrah, uşaq cərrahı, terapevt, nefroloq, qastroenteroloq və infeksionist ixtisasına malik həkim və rezidentlər üçün nəzərdə tutulmuşdur.
Konfransın saat 14:00-dan 18:00-dək əyani olaraq Mərkəzi Gömrük Hospitalının akt zalında, distant olaraq ZOOM platformasında həyata keçirilməsi planlaşdırılır.
Konfransın akkreditasiya edilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə müraciət edilmişdir.
Konfransda iştirak ödənişsizdir. Konfransda iştirak üçün qeydiyyatdan keçmək mütləqdir.
23 APREL 2024
AÇILIŞ NİTQLƏRİ
Ceyhun Məmmədov
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d., əməkdar həkim
Rəşad Mahmudov
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, t.e.d., əməkdar həkim
MODERATOR
Mircəlal Kazımi
Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və Orqan transplantasiyası şöbəsinin rəisi, t.ü.f.d., ümumi cərrah, transplantoloq
Gülnarə Ağayeva
İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının Daxili xəstəliklər kafedrasının dosenti, t.ü.f.d., həkim hepatoloq
MƏRUZƏÇİ
Mircəlal Kazımi
Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və Orqan transplantasiyası şöbəsinin rəisi, t.ü.f.d., ümumi cərrah, transplantoloq
Gülnarə Ağayeva
İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının Daxili xəstəliklər kafedrasının dosenti, t.ü.f.d., həkim hepatoloq
Azər Nağıyev
MedEra Hospitalın həkim infeksionisti
Mirmənsim Məmmədov
Mərkəzi Gömrük Hospitalının Efferent terapiya şöbəsinin rəisi, həkim nefroloq
Mədinə Abdullayeva
Mərkəzi Gömrük Hospitalının həkim infeksionisti