AZ  I  EN  I  RU  

                      


Suallarınıza invaziv kardioloq

Emin Hacıbalayev cavab verir

2003–2009-cu illərdə Azərbaycan Tibb Universitetində Müalicə-profilaktika fakültəsində təhsil alıb. Daha sonra 2009-2010-cu illərdə Daxili İşlər Nazirliyinin Arif Heydərov adına Hospitalının Kardiologiya şöbəsində həkim-intern kimi öz peşəsinə yiyələnib. 2010–2013-cü illərdə Rusiya Federasiyası, Moskva şəhərində yerləşən N.A.Bakulyov adına Ürək-damar cərrahiyyəsi üzrə Milli Tibbi Tədqiqat Mərkəzində Angioqrafiya şöbəsində həkim-ordinator kimi çalışıb və invaziv kardiologiya sahəsində sertifikatla təltif olunub. 2012-ci ildə isə elə orada Kardio-cərrahi müdaxillərdən sonra “Təcili kompleks USM diaqnostikası” kursunu müvəffəqiyyətlə bitirib. 2014-cü ildən etibarən Emin Hacıbalayev Mərkəzi Gömrük Hospitalında həkim-kardioloq kimi çalışır. Bu zaman ərzində o, Mərkəzi Gömrük Hospitalda yaradılmış yüksək təchizati şəraitdən yararlanaraq ürəyin koronar damarların angioqrafiyası, balon angioqrafiya, by-pass kontrol (şuntoqrafiya, balon angioplastika və stentləmə), periferik damarların angioqrafiyası (renal, aşağı və yuxarı ətrafların angioqrafiyası və müvəqqəti pacemakerin qoyulması) kimi mürəkkəb invaziv müdaxilələr həyata keçirib.


Kardioloq Emin Hacıbalayev fəaliyyət göstərdiyi Mərkəzi Gömrük Hospitalında 1000-ə yaxın invaziv ürək əməliyyatı icra edib. 

TEZ-TEZ VERİLƏN SUALLAR:

- İnvaziv kardiologiya nədir?

- İnvaziv kardiologiya müasir kardiologiyanın ən böyük nailiyyəti hesab olunur. İnvaziv kardiologiya koronar angioqrafiya adlanan diaqnostika və stent qoyulması da daxil olmaqla geniş və əhəmiyyətli bir sahəni əhatə edir. Bu əməliyyat sayəsində ürəyi qidalandıran damarlarda darlıq və ya tıxanma olub olmadığı müəyyən olununur. Koronar angioqrafiya sonrasında dərman müalicəsi, balon-stent tətbiq olunması və ya koronar şuntlama (by-pass) əməliyyatına qərar verilə bilər. 

- Hansı hallarda xəstələrə açıq ürək əməliyyatı deyil, invaziv kardiologiya metodlarını təklif olunur?
- Son vaxtlar ürəyində narahatlıq olanların stent qoyulması artıb. Səbəbi nədir?
- Stendin qoyulmasında yaş fərqi varmı?
- İnvaziv prosedurlarla müalicə zamanı risklər nə dərəcədədir?
- Hər bir xəstə bu müdaxilə yolu ilə sağala bilərmi?
- Xəstə invaziv prosedurlardan sonra özünü necə qorumalıdır?
- Əgər xəstəyə stent qoyulubsa bu halda nə etməldir?
- Ürək xəstələri gündəlik qidalara necə riayət etməlidir?
- İsti yay aylarında ürəyində müəyyən narahatçılıq olanlar nə etməli?