Suallarınıza ümumi cərrah, transplantoloq
Mircəlal Kazımi cavab verir
1994-2000-ci illərdə Azərbaycan Tibb Universitetini bitirib. 2003-2008-ci illərdə Türkiyənin Ege Universitetinin Tibb fakültəsinin Cərrahiyyə və orqan transplantasiyası şöbəsində təhsilini davam edib.
O, 2010-cu ildə Türkiyənin İzmir şəhərində yerləşən Kent xəstəxanasında, 2012-ci ildə Cənubi Koreyanın Seul şəhərində ASAN Medical Mərkəzdə, 2009-2010-cu illərdə Türkiyənin Kent Hastanesi Qaraciyər transplantasiyası proqramında, 2013-cü ildə Türkiyədə 25-ci İllik Qaraciyər transplantasiyası konqresində iştirak etmişdir.
Dr. Mircəlal Kazımi Azərbaycanda ilk dəfə qara ciyər transplantasiyası əməliyyatını uğurla icra etmiş cərrah transplantoloqdur. Bu günə qədər 750-dən çox orqan transplantasiyası əməliyyatını uğurla həyata keçirib. Azərbaycanda icra olunan təkcə böyrək transplantasiyası əməliyyatlarının 90%-i Dr.Mircəlal Kazımi tərəfindən icra edilib.
Dr.Kazımi ümumi cərrahiyyə, qara ciyər transplantasiyası, böyrək transplantasiyası əməliyyatlarını icra edir. Həmçinin, qara ciyər, öd kisəsi, öd yolları, mədəaltı vəzi sistemi cərrahiyyəsi, böyrəküstü vəzi əməliyyatı, qida borusu, mədə, 12-barmaq bağırsaq cərrahiyyəsi, yoğun bağırsaq, düz bağırsaq cərrahiyyəsi, qarın ön divarı yırtıqları üzərində cərrahi əməliyyatlar həyata keçirir. Bütün bu əməliyyatları laparoskopik və açıq üsulla icra edir.
2018-ci ildən Mərkəzi Gömrük Hospitalında Cərrahiyyə və Orqan transplantasiyası şöbəsinin müdiri vəzifəsində çalışır.
TEZ-TEZ VERİLƏN SUALLAR:
- Hazırda dünya üzrə nəql olunan orqanlar - böyrək, qaraciyər, ürək, ağciyər, mədəaltı vəzi, nazik bağırsaqdır. Bu orqanların hamısını transplantasiya yolu ilə donordan xəstəyə köçürməklə xəstəni həyata qaytarmaq mümlündür.
- Beynəlxalq təcrübədə orqan transplantasiyası əməliyyatlarında fəsadların olması ehtimalı 20% civarındadır. Yəni, 100 əməliyyat olunmuş xəstənin 20-sində fəsadlar ola bilər. Bu, xəstənin yaşı, xəstəliyinin müddəti, yanaşı xəstəliklərinin olmasından və s. asılı ola bilər.
- Hazırda Mərkəzi Gömrük Hospitalında yalnız qohum olan canlı donorlardan orqan transplantasiyaları icra edilir. Düşünürəm ki, qanunvericilikdə müvafiq əlavə və dəyişikliklərdən sonra Azərbaycanda meyit orqanlarından transplantoloji əməliyyatların başlanılmasına da şərait yaranacaq. Bu da hal-hazırda canlı donor şansı olmayan xəstələrimizə ümid yeri verəcək.
- Dünyada ən çox böyrək, qara ciyər və ürək transplantasiyası icra olunur. Hospitalımızda isə qara ciyər və böyrək transplansasiyası əməliyyatları həftə ərzində bir neçə dəfə, davamlı şəkildə aparılır.
- Canlı donorların yaşı 18-dən böyük olmalıdır. Donor tibbi və psixoloji cəhətdən tam olaraq sağlam olmalıdır. Xəstə ilə donor arasında qan qruplarının uyğunluğu, bəzi hallarda isə immunoloji uyğunluq da olmalıdır.
- Bu, xəstənin ümumi vəziyyətindən, digər orqanlarının sağlam olmasından, əməliyyatdan sonra özünü qorunmasından və s. amillərdən asılıdır. Burada xəstənin davranışı onun sağalması üçün mühüm rol oynayır. Təcrübimizdə, əməliyyat olunmuş xəstələrimizin sağlam həyata davam etmə göstəricisi bir illik 95%, üç illik 82%, beş illik 71% təşkil edir. Nəzərə almaq lazımdır ki, həmin xəstələrə transplantasiya əmələiyyatı olunmadıqda, onların sağ qalma şansı, sözün əsl mənasında, sıfıra bərabərdir.
- Bəli, bütün dünyada olduğu kimi, bizim ölkəmizdə də belə hallar var. Təcrübə və bacarıq, düzgün seçilmiş taktika belə xəstələri uğurla əməliyyat etməyə imkan verir.