TOPLANTININ MƏQSƏDİ VƏ VƏZİFƏLƏRİ 

 

      MƏQSƏD

  • Anafilaksiya və kəskin toksiko-allergik vəziyyətlərin erkən diaqnostikası, təcili tibbi yardımın effektiv təşkili və müasir müalicə yanaşmaları üzrə səhiyyə mütəxəssislərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi, eləcə də klinik praktikada tətbiq olunan yeni metodların müzakirəsi və təcrübə mübadiləsinin təşviqi

 

      VƏZİFƏLƏR

 

  • Anafilaksiya və kəskin toksiko-allergik vəziyyətlərin erkən diaqnostikası və təcili müdaxilə prinsiplərinin müzakirəsi
  • Allergik xəstəliklərin müalicəsində müasir və innovativ yanaşmaların tətbiq imkanlarının dəyərləndirilməsi
  • Klinik praktikada qarşılaşılan mürəkkəb halların təhlili və təcrübə mübadiləsinin təşviqi

 

 

“Təcili allerqologiya və kəskin toksiko-allergik vəziyyətlər: diaqnostika və müalicəyə müasir yanaşmalar” mövzusunda elmi-praktik simpozium keçiriləcək.

 

15 may 2026-cı il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı, Azərbaycan Tibb Universiteti, Azərbaycan Toksikoloqların Dərnəyi, Azərbaycan Reanimatoloqlar və Anestezioloqlar Cəmiyyətinin dəstəyi ilə “Təcili allerqologiya və kəskin toksiko-allergik vəziyyətlər: diaqnostika və müalicəyə müasir yanaşmalar” mövzusunda elmi-praktik simpozium həyata keçiriləcək.


Mərkəzi Gömrük Hospitalının akt zalında həyata keçirilməsi planlaşdırılan Beynəlxalq Elmi Sipoziumda “Ağır allergik və toksiko-allergik sindromlar: diaqnostika, klinika və müalicə alqoritmi” və “Allergik və toksiko-allergik vəziyyətlər: xüsusi hallar və onların terapevtik strategiyaları” başlıqlı 2 paneldə ümumilikdə 9 məruzə dinləniləcək. Simpozium panel müzakirələr və sual-cavab sesiyaları vasitəsilə interaktiv şəklində həyata keçiriləcək.


Simpozium proqrama uyğun olaraq xüsusilə allerqoloqlar, toksikoloqlar, anestezioloq-reanimatoloqlar, terapevtlər, pediatrlar və təcili tibbi yardım həkimləri üçün nəzərdə tutulmuşdur.


Simpoziumun akkreditasiya edilməsi üçün Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurasına müraciət edilmişdir. 
Yerlər məhdud olduğu üçün qeydiyyatdan keçmək MÜTLƏQDİR!
Simpoziumda iştirak ödənişsizdir.
Hərkəs simpoziumda iştirak üçün dəvətlidir!

15 MAY 2026

AÇILIŞ NİTQİ

Ceyhun Məmmədov

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d., əməkdar həkim, tibb xidməti general-mayoru

Lalə Allahverdiyeva

Azərbaycan Tibb Universitetinin Allerqologiya və immunologiya kafedrasının müdiri, t.e.d., professor, əməkdar həkim, əməkdar elm xadimi

Rəşad Mahmudov 

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, t.e.d., əməkdar həkim

PANEL RƏHBƏRLƏRİ

Lalə Allahverdiyeva

Azərbaycan Tibb Universitetinin Allerqologiya və immunologiya kafedrasının müdiri, t.e.d., professor, əməkdar həkim, əməkdar elm xadimi

Nigar Bağırova

Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi Baş Tibb İdarəsinin Terapiya şöbəsinin rəisi, t.ü.f.d. 

İsmayıl Əfəndiyev

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent

Aynur Ağayeva

Azərbaycan Tibb Universitetinin Allerqologiya və immunologiya kafedrasının allerqoloqu, dosent

MƏRUZƏÇİLƏR

Nərminə Əzizova

Milli Onkologiya Mərkəzinin reanimasiya şöbəsinin müdiri 

Zərifə Məmmədova

Azərbaycan Tibb Universitetinin Allerqologiya və immunologiya kafedrasının pediatrı, assistent 

Xəyal Məmmədov

Mərkəzi Gömrük Hospitalın anestezioloq-reanimatoloqu

Ləman Cəfərova

Azərbaycan Tibb Universitetinin Allerqologiya və immunologiya kafedrasının immunoloqu, assistent

İnarə Ağabalayeva

KTM-nin Toksikologiya şöbəsinin həkimi, Azərbaycan Milli Antidoping Agentliyinin Müşahidə Şurasının üzvü