HƏKİMLƏRİMİZ



Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

Tofiq Bayramov

təcili tibbi yardım həkimi

İnsanları düşdükləri ağır vəziyyətlərdən çıxarmaq biz həkimlərin borcudur. Hər dəfə bu işi müvəffəqiyyətlə başa çatdıranda özümü şanslı hesab edirəm

Fəaliyyət sahəsi: Protokola (CPR, BLS, ACLS, ATLS) uyğun olaraq reanimasiya və stabilləşdirmə tələb edən ağır xəstə və yaralanan xəstələrin təcili qəbulu, stabilləşdirilməsi və ixtisasçılara ötürülməsi; Kardiovaskulyar, pulmonar, mədə-bağırsaq, kranioserebral və endokrinoloji xəstəlikləri olan xəstələr üçün ilkin qiymətləndirmə və yardım; Xəsarət almış və şok halında olan xəstələrin ilkin və yekun qiymətləndirilməsi; Beyin zədəsi olan xəstənin Glazgo Koma şkalası ilə qiymətləndirilməsi və ilkin yardım; Baş və üz yaralanmalarının qiymətləndirilməsi, boyun və onurğanın zədələnməsi zamanı immobilizasiya; Kiçik cərrahi prosedurların aparılması;

Təhsil

  • 1982-1988

Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsi, pediatriya fakultəsi

  • 1988-1989

3 saylı Uşaq Klinik Xəstəxanası – həkim interna

Təcrübə və Bacarıqlar

  • 1986-1988 A.F.Qarayev adına 2 saylı Uşaq Klinik Xəstəxanası – tibb qardaşı;
  • 1989-2012 Bakı şəhəri Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyası – anestezioloq-reanimatoloq;
  • 2012- Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi, Mərkəzi Gömrük Hospitalı – təcili yardım həkimi;

Lisenziyalar və Sertifikatlar

 

  • 2018 “Azerbaycan Acil Tıp Sempozyumu” Təşkilatçı:Sağlık Bilimleri Üniversitesi ve ATUDER (Acil Tıp Uzmanları Derneği)
  • 2018 “İLK YARDIM” üzrə təlim kursu “Azəri Toksikoloqlarının Dərnəyi” və “UpToDate in Medicine” tərəfindən
  • 2019 “Davamlı Tibb Təhsil üzrə elm və tədris tədbirlərinin akkreditasiya Qaydaları” əsasında “Uşaq cərrahiyyəsi üzrə Elmi-praktika” Təşkilatçı: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universiteti
  • 2019 “Davamlı Tibbi Təhsil üzrə elm və tədris tədbirlərinin akkreditasiya Qaydaları” əsasında “İmmunpatoloji Xəstəliklər” adlı konfrans Təşkilatçı: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
  • 2022 “SARS-Cov-2 COVID -19 Kompleks Diaqtnostikasına Müasir Yanaşmalar” Beynəlxalq Elmi Konfrans Təşkilatçı: Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-Tibb Baş İdarəsi Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi
  • 2022 “Orqan və toxuma transplantasiyasında Beyin ölümü diaqnozunun aktual aspektləri” Beynəlxalq Elmi Konfrans Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibb Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının, Azərbaycan Reanimatoloqlar və Anestezioloqlar Cəmiyyətinin və Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası İctimai Birliyinin birgə təşkilatçılığı ilə
  • 2022 “Azərbaycan-Türkiyə Neanotologiya Konqresi” Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibb Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının təşkilatçılığı ilə
  • 2023 “İnfeksion və qeyri-infeksion hepatitlərin müalicə və diaqnostikasına müasir yanaşma” Təşkilatçı: Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının, “Azəri Toksikoloqlarının Dərnəyi” İctimai Birliyinin, “Azərbaycan Qastroenteroloqlar və Hepatoloqlar” İctimai Birliyinin, “Azərbaycan İnfeksion Xəstəlikləri və Kliniki Mikrobiologiya Cəmiyyəti”-nin və Materia Medica 
  • 2023 Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən “Sertifikasiya Şəhadətnaməsi”