HƏKİMLƏRİMİZ
Toğrul Piriyev
uşaq cərrahı
Uşaqlar bizim həyatımızı xoşbəxt edir. Onları qorumaq, qayğılarına qalmaq bizim borcumuzdur. Çünki cəmiyyətimizin gələcəyi onların əlindədir.
Fəaliyyət sahəsi: Anadangəlmə inkişaf qüsurları, ağciyərlərin kistik xəstəlikləri, sidik cinsiyyət sistemi xəstəlikləri; (hidronefroz, hidroureteronefroz-sidik axarı darlıqları, vezikoureteral reflux, posterior uretral valv, hipospadiya, epispadiya, sidik kisəsi anomaliyaları, kriptorxizm). Həzm sistemi anomaliyaları; qida borusu atreziyası, traxeya ezofagialfistula, 12 barmaq bağırsaq və bağırsağın digər hissələrinin atreziyası, diafraqma yırtıqları, anusun atreziyası, hirschsprung xəstəliyi, mekonial keçməməzlik, yenidoğulmuşlarda nekrotizian enterokolit, malrotasiya və volvlus-bağırsaq burulması, pilor darlığı, uşaqlarda qasıq yırtığı, hisroseli, qaraciyər və dalağın kistik xəstəlikləri; uşaqlarda təcili vəziyyətlər, invaginasiya (bağırsaq keçməməzliyi) appendisit, yad cisim udulması, yad cisim aspirasiyası, xaya və yumurtalıq burulmaları, boğulmuş qasıq yırtıqları və uşaqlarda travmalar.
Təhsil
Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsində təhsil alıb.
Mərkəzi Klinikada uşaq urologiyası ixtisası üzrə internatura keçib.
Türkiyədə İstanbul Universiteti Cərrahpaşa Tibb fakültəsində Uşaq cərrahiyyəsi və uşaq urologiyası ixtisası üzrə ixtisasartırma kursu keçib.
Təcrübə və Bacarıqlar
Lisenziyalar və Sertifikatlar
2022 Türkiyədə İstanbul Universiteti Cərrahpaşa Tibb fakültəsində Uşaq cərrahiyyəsi və uşaq urologiyası kafedrasında ixtisasartırma kursu keçib.
2022 Azərbaycan Elmi Tədqiqat Pediatriya İnstitutunun təşkilatçılığı ilə 1-ci Beynəlxalq Pediatriya, Uşaq Cərrahiyyəsi və Tibb Bacıları konqresi. Azərbaycan, Bakı şəhəri.