ELMİ SİMPOZİUMUN MƏQSƏDİ VƏ VƏZİFƏLƏRİ
MƏQSƏD
VƏZİFƏLƏR
28 iyun 2024-cü il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının və Azəri Toksikoloqlarının Dərnəyinin birgə təşkilatçılığı ilə "Toksikologiya üzrə metodik vəsaitin təqdimatına həsr edilmiş Elmi Simpozium" keçiriləcək.
Mərkəzi Gömrük Hospitalının akt zalında keçiriləcək Elmi Simpoziumda “Zəhərli ilan sancmaları zamanı diaqnostika, təxirəsalınmaz yardım və müalicə. İlan zəhəri əleyhinə zərdabın istifadəsinə göstərişlər, ilan sancmalarının profilaktikası”, “Qaraqurd hörümçəyinin zəhəri ilə zəhərlənmə zamanı təxirəsalınmaz yardım və müalicə”, “Əqrəblərin zəhəri ilə zəhərlənmə zamanı təxirəsalınmaz yardım və müalicə” və “İtarısı, bal arısı və eşşəkarısının sancması zamanı təxirəsalınmaz yardım və müalicə” mövzularında məruzələr dinləniləcək, Simpozium müzakirələr və sual-cavab sesiyaları vasitəsilə interaktiv şəklində həyata keçiriləcək.
Elmi Simpozium proqrama uyğun olaraq xüsusilə təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim, terapevt, toksikoloq, allerqoloq və dermatoveneroloq ixtisasına malik həkimlər və rezidentlər üçün nəzərdə tutulmuşdur.
Elmi Simpozium Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Davamlı Tibbi Təhsil üzrə elm və tədris tədbirlərinin akkreditasiya Qaydaları“ əsasında akkreditasiya olunaraq 4 DTT balı ilə qiymətləndirilib.
Yerlər məhdud olduğu üçün qeydiyyatdan keçmək MÜTLƏQDİR!
Simpoziumda iştirak ödənişsizdir. Hərkəs tədbirdə iştirak üçün dəvətlidir!
28 İYUN 2024
AÇILIŞ NİTQLƏRİ
Ceyhun Məmmədov
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d., əməkdar həkim
Rəşad Mahmudov
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, t.e.d., əməkdar həkim
MƏRUZƏÇİLƏR
Dr. İsmayıl Əfəndiyev
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent, tibb xidməti polkovnik-leytenantı, Azəri Toksikoloqları Dərnəyinin sədri
Dr. Nigar Bağırova
Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Tibb Hospitalının şöbə müdiri, t.ü.f.d., tibb xidməti mayoru
Dr. Leyla Fətullayeva
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının Təcili Yardım həkimi, tibb xidməti baş leytenantı
Dr. İnarə Ağabalayeva
Kliniki Tibbi Mərkəzinin Toksikologiya şöbəsinin həkimi