VİDEO QALEREYA

 

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

İnvaziv kardioloq Dr. Samir Mustafayev haqqında video süjet

1 Avqust 2019


Son illər dünyada ürək xəstəliklərinin sayı artıb və dünya üzrə ölüm səbəblərinin böyük hissəsini məhz ürək problemləri təşkil edir. Müasir dövrdə tibbdə yeni sahə olan invaziv kardiologiyanı ürək-damar xəstəliklərindən əziyyət çəkənlərin nicat yeri adlandırmaq olar. Mərkəzi Gömrük Hospitalının dünya standartlarına uyğun yaradılmış Kardiologiya Şöbəsi ürək sağlamlığını qorumaq, ürək xəstəliklərini aşkar və müalicə etmək məqsədi ilə insanlara xidmət göstərir. 

Kanadalı pasiyent bariatrik əməliyyat üçün Mərkəzi Gömrük Hospitalı seçib

11 İyul 2019


Artıq çəkidən əziyyət çəkən pasiyentlər hazırda Dr. Mojtaba Haşemzadehin yanına Mərkəzi Gömrük Hospitalına nəinki Azərbaycandan, həm də Böyük Britaniya, ABŞ, Kanada, İran, İsveçdən və başqa ölkələrdən müraciət edirlər. Bu günlərdə Kanadadan bariatrik əməliyyat olunmaq üçün Dr. Mojtaba Haşemzadehə müraciət edən pasiyent əməliyyatdan əvvəlki və sonrakı təəssüratları ilə bölüşüb. Bununla bağlı video süjeti Sizə təqdim edirik.

Mərkəzi Gömrük Hospitalın uzman pediatrı Telman Aytayev “Telesəhər” proqramının qonağı

olub

01 İyul 2019

 

Mərkəzi Gömrük Hospitalın Pediatriya şöbəsinin rəisi, uzman pediatr Telman Aytayev AZTV kanalında “TeleSəhər” musiqi-informasiya proqramının qonağı olub və yay mövsümündə uşaqlarda daha çox rast gəlinən xəstəliklər haqqında ətraflı məlumat verib. Maraqlı süjeti Sizə təqdim edirik

AzTV-nin "Sağlam ol" proqramında Mərkəzi Gömrük Hospitalı və Florence Nightingale Xəstəxanalar Qrupu arasında rəsmi partnyorluğa həsr olunmuş verliş

12 İyun 2019

 

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi Türkiyənin məşhur Florence Nightingale Xəstəxanalar Qrupu ilə əməkdaşlığı çərçivəsində 10-12 iyun 2019-cu il tarixlərində Mərkəzi Gömrük Hospitalında aparıcı mütəxəssislərin iştirakı ilə müxtəlif mövzular üzrə qarşılıqlı təcrübə mübadiləsi və seminarlar keçirib.

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi “Uşaq ürəkləri Qarabağda döyünür!” şüarı altında Cocuq Mərcanlı qəsəbəsində xeyriyyə aksiyası keçirib

1 İyun 2019


Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi tərəfindən “Uşaq ürəkləri Qarabağda döyünür!” şüarı altında Cocuq Mərcanlı qəsəbəsində xeyriyyə aksiyası və Horadiz şəhərində “Uşaq xəstəliklərinin diaqnostika və müalicəsində yeniliklər” mövzusunda Beynəlxalq Pediatrik Elmi konfrans keçirilib.

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi Astarada Xeyriyyə Aksiyası keçirir

7 May 2019

 

Mayın 7-də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi tərəfindən ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş xeyriyyə aksiyasına start verilib.

Tibb sahəsində əməkdaşlıq üzrə memorandum imzalanıb

3 May 2019

 

Mayın 3-də Mərkəzi Gömrük Hospitalında Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi, Florence  Nightingale Hastaneler Qrupu və Türkiyə Cümhuriyyəti Demiroğlu Bilim Universiteti arasında üçtərəfli əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.


Gürcüstan ilə sərhəddə qrip virusu ilə bağlı qabaqlayıcı tədbirlər daha da gücləndirilib 

6 Fevral 2019


Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin mobil hospitalı və tibbi heyəti Gürcüstanla dövlət sərhədində yerləşən gömrük-keçid məntəqələrinə ezam olunub. Burada əsas məqsəd sərhəd buraxılış məntəqələrində xidmət göstərən gömrük əməkdaşlarına və sərhəddi keçən şəxslərə ilk tibbi yardım göstərmək, qrip epidemiyasından qorunmaq üçün şəxsi gigiyena qaydaları və bu qaydalardan düzgün istifadə haqqında təlimlər keçmək, eyni zamanda gömrük işçilərinə qrip əleyhinə peyvəndlər vurmaqdır. 


Mərkəzi Gömrük Hospitalı: 10 il sağlamlığınızın keşiyində!

25 Dekabr 2018

 

10 ildən artıqdır ki, Mərkəzi Gömrük Hospitalı gömrük əməkdaşları,

onların ailə üzvləri və əhalimizə yüksəkixtisaslı və peşəkar tibbi

xidmət göstərir.