BEYNƏLXALQ ELMİ KONFRANSIN MƏQSƏDİ VƏ VƏZİFƏLƏRİ
MƏQSƏD
VƏZİFƏLƏR
10 iyun 2024-cü il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının və Nəsil Qrup MMC şirkətinin birgə təşkilatçılığı ilə "Xəstəxanadaxili infeksiyaların idarə olunması: Sepsis və antibiotikterapiya" mövzusunda Beynəlxalq Elmi Konfrans həyata keçiriləcək.
Beynəlxalq Elmi Konfransda “Antibiotik rezistentliyi ilə mübarizədə mikrobioloji diaqnostikanın rolu və antibiotikterapiya” və “Xəstəxanadaxili infeksiyalara nəzarətin əhəmiyyəti və infeksion kontrol” başlıqlı 2 paneldə ümumilikdə 8 məruzə dinləniləcək. Konfrans panel müzakirələr və sual-cavab sessiyaları vasitəsilə interaktiv şəklində həyata keçiriləcək.
Konfrans proqrama uyğun olaraq xüsusilə terapevt, mikrobioloq, gigiyenist, dezinfeksionist, laborant, metodist, anestezioloq-reanimatoloq, uroloq, infeksionist, immunoloq ixtisasına malik həkim və rezidentlər üçün nəzərdə tutulmuşdur. Konfrans əyani olaraq saat 13:30-dan 18:00-dək Mərkəzi Gömrük Hospitalının akt zalında, distant olaraq isə zoom platformasında həyata keçiriləcəkdir.
Elmi Konfrans Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Davamlı Tibbi Təhsil üzrə elm və tədris tədbirlərinin akkreditasiya Qaydaları“ əsasında akkreditasiya olunaraq 4 DTT balı ilə qiymətləndirilib.
Konfransda iştirak ödənişsizdir. Qeydiyyatdan keçmək mütləqdir!
10 İYUN 2024
AÇILIŞ NİTQLƏRİ
Ceyhun Məmmədov
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d., əməkdar həkim
Rəşad Mahmudov
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, t.e.d., əməkdar həkim
Vüsalə Səfərova
Səhiyyə Nazirliyinin İctimai səhiyyə və xəstəliklərə nəzarət şöbəsinin sektor müdiri
Yaqut Qarayeva
TƏBİB-in Tibbi xidmətlərin inkişafı departamentinin rəhbəri. t.ü.f.d.
PANEL RƏHBƏRLƏRİ
Dr. Oktay Öztürk
Mikrobioloji uzmanı, İstanbul Hippokrat Laboratoriyalarının icraçı direktoru
Dr. Elvin Bayramov
Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Tibb Baş İdarəsinin Hərbi Hospitalının Mərkəzi Laboratoriyasının rəisi
Dr. Yaqut Qarayeva
TƏBİB-in Tibbi xidmətlərin inkişafı departamentinin rəhbəri. t.ü.f.d.
Dr. Nabil Seyidov
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının rəis müavini. t.ü.f.d
MƏRUZƏÇİLƏR
Dr. Leyla Həşimova
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının həkim-mikrobioloqu, V.Y. Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun doktrantı
Dr. Səbinə İbrahimova
Mərkəzi Gömrük Hospitalının Laboratoriya şöbəsinin rəisi, b.ü.f.d.
Dr. Həyat Əliyeva
ATU-nun tibbi mikrobiologiya və immunologiya kafedrasının dosenti, t.ü.f.d., analitik ekspertiza mərkəzinin eksperti
Dr. Sevda Hüseynova
Mərkəzi Gömrük Hospitalının uzman anestezioloq-reanimatoloqu
Dr. Bəhruz Xalıqov
Mərkəzi Gömrük Hospitalının Urologiya şöbəsinin rəisi, uzman uroloq
Dr. Mədinə Abdullayeva
Mərkəzi Gömrük Hospitalının uzman infeksionisti
Dr. Sema İşleker
İzmir Atatürk Təhsil və Araşdırma Xəstəxanası Mərkəzi Sterilizasiya Bölməsi üzrə sterilizasiya tibb bacısı
Dr. Səttar Yaqubov
Mərkəzi Gömrük Hospitalının İnfeksiyaya Nəzarət Komissiyasının üzvü