TƏLİMİN MƏQSƏDİ VƏ VƏZİFƏLƏRİ 

 

      MƏQSƏD

  • Gömrük orqanlarının rəhbər vəzifəli şəxslərinin “Yeni növ narkotik vasitələr, psixotrop maddələr, hallüsinogenlər və prekursorlar” mövzusunda maarifləndirilməsi 

 

      VƏZİFƏLƏR

  • Gömrük orqanlarının rəhbər vəzifəli şəxsləri arasında müvafiq mövzularda bilik və bacarıqların artırılması və təcrübə mübadiləsinin təşkili
  • Maarifləndirici təlimin effektivliyinin və təlim iştirakçılarının biliklərinin təlimdən əvvəl (pre-test) və sonra (post-test) qiymətləndirilməsi 


 

“Yeni növ narkotik vasitələr, psixotrop maddələr, hallüsinogenlər və prekursorlar” mövzusunda maarifləndirici təlim həyata keçiriləcək


27 avqust 2024-ci il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə “Yeni növ narkotik vasitələr, psixotrop maddələr, hallüsinogenlər və prekursorlar” mövzusunda maarifləndirici təlim həyata keçiriləcək.


Əyani şəkildə Mərkəzi Gömrük Hospitalında həyata keçirilməsi planlaşdırılan maarifləndirici təlim “Ənənəvi” və yeni narkotik vasitələr, psixotrop maddələr və hallüsinogenlər: müasir dünyanın qlobal problemi", " Psixotrop preparatlar: onların riskləri və fəsadları" “Prekursorlar haqqında nələri bilməliyik?” və “Saxta dərman vasitələri və onların yayılmasına qarşı mübarizə”  mövzularında təqdimatlar dinləniləcək. maarifləndirici təlim müzakirələr və sual-cavab sesiyaları vasitəsilə interaktiv şəklində həyata keçiriləcək.


Gömrük orqanlarının rəhbər vəzifəli şəxslərinin iştirakı ilə həyata keçiriləcək maarifləndirici təlimin effektivliyinin və təlim iştirakçılarının biliklərinin təlimdən əvvəl (pre-test) və sonra (post-test) qiymətləndirilməsi nəzərdə tutulur.

27 AVQUST 2024

AÇILIŞ NİTQİ

Ceyhun Məmmədov

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, t.ü.f.d., əməkdar həkim

Rəşad Mahmudov 

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, t.e.d., əməkdar həkim

MƏRUZƏÇİ

İsmayıl Əfəndiyev

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, tibb xidməti polkovnik-leytenantı, t.ü.f.d., dosent

Gülay Məmmədzadə

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Həkim  Tibb Komissiyasının psixiatrı, t.ü.f.d. 

Şəhla Mirzəzadə

Elmi-Təcrübi və Tədris Mərkəzinin mütəxəssisi

Azad Əhmədov 

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin mütəxəssisi