OTORİNOLORİNQOLOGİYA
Otorinolorinqologiya
Hospitalımızda qulaq, burun, boğaz xəstəliklərinin müayinə və müalicəsi beynəlxalq standartlara uyğun olaraq uğurla həyata keçirilir. Xaricdə tibbi təhsil almış mütəxəssislərimiz burun çəpəri əyriliyi, burun balıqqulaqlarında aparılan əməliyyatlar, tonzillektomiya, adenoidektomiya, xoruldama cərrahiyyəsi, endoskopik sinus cərrahiyyəsi, qulaq pərdəsi təmiri, eşitmə azlığı, qulaq iltihablarının mualicəsinə dair əməliyyatlar, qırtlaq xəstəliklərində cərrahi müdaxilə (endoskopik mikrolarinqoloji əməliyyatlar), səsin korreksiyası, funksional və estetik burun əməliyyatları, tənəffüs yollarının və qida borusunun yad cisimlərinin çıxarılması, anadangəlmə üz və damaq qüsurlarının aradan qaldırılması, xoana atreziyalarının aradan qaldırılması kimi əməliyyatları icra edirlər.
Respublikamızda ilk dəfə olaraq 2012-ci ildə koxlear implantasiya əməliyyatı məhz Mərkəzi Gömrük Hospitalında uğurla həyata keçirilmişdir.
Son on il ərzində Нospitalımızda 1400-dən artıq QBB əməliyyatı icra olunmuşdur.
Hospitalda həyata keçirilən Qulaq-Burun-Boğaz cərrahi xidmətlər:
HƏKİMLƏRİMİZ
Yüksəkixtisaslı, təcrübəli və qayğıkeş həkimlərimiz sağlamlığınızın qorunması üçün sizə keyfiyyətli tibbi yardım göstərməyə hər zaman hazırdır! Onların qəbuluna saytımızdan yazıla bilərsiniz.