XƏBƏRLƏR

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

1 nömrəli Bakı Tibb Kollecinin və 2 nömrəli Bakı Baza Tibb Kollecinin tələbələrinin istehsalat təcrübəsi Mərkəzi Gömrük Hospitalında başa çatıb

5 iyul 2024-cü il tarixində Mərkəzi Gömrük Hospitalında 1 nömrəli Bakı Tibb Kollecinin və 2 nömrəli Bakı Baza Tibb Kollecinin tələbələrinin istehsalat təcrübəsinin başa çatması ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Mərkəzi Gömrük Hospitalının rəisi-baş həkim, tibb xidməti polkovnik-leytenantı Bəxtiyar Musayev, rəis müavinləri Nabil Seyidov, Nahidə Mahmudova, baş tibb bacısı Gülyaz Fərəcova və məzun tələbələr iştirak ediblər.


Tədbiri giriş sözü ilə açan Mərkəzi Gömrük Hospitalının rəisi-Baş həkim Bəxtiyar Musayev rotasiya proqramı ilə təhkim olunduqları şöbələrdə fəaliyyət göstərən tələbələrə öz təşəkkürünü bildirib və gələcək faəliyyətlərində uğurlar arzulayıb. Tədbirin sonunda tələbələr onlara göstərilən diqqət və qayğıya görə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, tibb xidməti general-mayoru Ceyhun Məmmədova, Mərkəzi Gömrük Hospitalının baş həkimi Bəxtiyar Musayevə, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi Tədris Mərkəzinin rəisi Rəşad Mahmudova və tibb heyətinə təşəkkürlərini bildiriblər.


Qeyd edək ki, 1 nömrəli Bakı Tibb Kollecinin 15 və 2 nömrəli Bakı Baza Tibb Kollecinin 14 tələbəsi rotasiya proqramı ilə Mərkəzi Gömrük Hospitalının müxtəlif şöbələrində təcrübə keçmiş, proqram çərçivəsində qanalma proseduru, sarğıların icra olunması, venadaxili, əzələdaxili inyeksiyalar, EKQ çəkilməsi, SPR otağının iş prinsipi, cərrahi əməliyyatlarda tibb bacılarının işi ilə yaxından tanış olub və praktiki fəaliyyətlər icra ediblər.


Həmçinin, istehsalat təcrübəsi müddətində tələbələr Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi Tədris Mərkəzi tərəfindən təşkil olunmuş tibbi təlim kurslarında, elmi-təcrübi konfranslarda və seminarlarda fəal iştirak ediblər. 


Xatırladaq ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 nömrəli Bakı Tibb Kolleci və 2 nömrəli Bakı Baza Tibb Kolleci arasında imzalanmış əməkdaşlıq memorandumuna əsasən tələbələr Mərkəzi Gömrük Hospitalında istehsalat təcrübəsi keçiblər.