XƏBƏRLƏR

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

Mərkəzi Gömrük Hospitalında “Kolorektal cərrahiyyədə müasir yanaşmalar” mövzusunda seminar keçirilib

8 fevral 2020-ci il tarixində Mərkəzi Gömrük Hospitalında “Kolorektal cərrahiyyədə müasir yanaşmalar” mövzusunda seminar keçirilib.Seminarın açılış mərasimində Mərkəzi Gömrük Hospitalının rəisi Elman Məmmədov, Azərbaycan Kolon Rektum Cərrahi Dərnəyinin sədri Xaləddin Musayev və Türkiyə Kolorektal Cərrahiyyə Dərnəyinin sədri Ayhan Kuzu seminar iştirakçılarını salamlayıb, dünyada və ölkəmizdə kolorektal cərrahiyyənin vəziyyəti, tibbin son yenilikləri haqqında məlumat veriblər.


Tədbirdə Azərbaycanın aparıcı dövlət və özəl tibb müəssisələrində çalışan kolorektal cərrahiyyə sahəsi üzrə məşhur yüksəkixtisaslı mütəxəssislər və ümumi cərrahlar iştirak ediblər. Rəsmi açılışın sonunda Mərkəzi Gömrük Hospitalının fəaliyyətini və nailiyyətlərini əks etdirən video çarx nümayiş edilib.


Avropa Koloproktoloji Dərnəyinin Azərbaycan üzrə milli təmsilçisi, Azərbaycan Kolon və Rektum Cərrahi Dərnəyinin elmi katibi və Mərkəzi Gömrük Hospitalının ümumi cərrahı Aynur Səfiyevanın moderatorluğu ilə keçirilən seminarda Türkiyə Kolorektal Cərrahiyyə Dərnəyinin sədri professor Ayhan Kuzu “Sağ hemikolektomiyalarda doğru disseksiya planı”, “Sol hemikolektomiya və rektum cərrahiyyəsində doğru disseksiya planı”, “Rektum xərçəngində qeyri-cərrahi müalicə” və “Rektum cərrahiyyəsində ileostomiyanın yeri” mövzularında çıxış edib, kolorektal cərrahiyyə sahəsində yeniliklərdən danışıb.


Mərkəzi Gömrük Hospitalının Ümumi cərrahiyyə şöbəsinin rəisi Namiq Novruzov və ümumi cərrahı Aynur Səfiyeva “Kolorektal cərrahiyyədə Mərkəzi Gömrük Hospitalının təcrübəsi” ilə bağlı təqdimatla çıxış ediblər və auditoriyanı maraqlandıran sualları cavablandırıblar. Seminar iştirakçıları müzakirələrdə fəal iştirak ediblər. Onlar kolorektal xəstəliklərin müalicəsində keyfiyyətli və doğru yanaşmanı təmin edən müalicə prinsipləri mövzusunda debatlar aparıblar.


Tədbirin sonunda Mərkəzi Gömrük Hospitalının kollektivi adından professor Ayhan Kuzuya təşəkkür plaketi təqdim olunub. Seminar Mərkəzi Gömrük Hospitalının facebook səhifəsi https://www.facebook.com/customshospital üzərindən canlı yayımlanıb.


 foto