XƏBƏRLƏR

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

Lənkəranda şəhid və qazi ailələrinin üzvləri üçün tibbi-sosial aksiya keçirilir

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin, TƏBİB-in və Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasında (RMX) 13-14 sentyabr 2022-ci il tarixlərində Lənkəran rayonundan olan şəhid və qazi ailələrinin üzvləri üçün ödənişsiz tibbi-sosial aksiya keçirilir.  


Tibbi aksiyada Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini t.ü.f.d., dosent İsmayıl Əfəndiyev, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, t.e.d., əməkdar həkim, ürək-damar cərrahı Rəşad Mahmudov, Mərkəzi Gömrük Hospitalının həkim-sonoloqu Dr. Günay Əhmədova, həkim-pediatr Dr. Təranə Göyüşova, həkim-nevropatoloq Dr. Mənsumə Talıbova, həkim-uroloq Dr. Samir Ağalarov, həkim-psixoloq Dr. İradə Ramazanova, həkim-kardioloq Dr. Emin Allahverdiyev  və 10-a yaxın tibb personalı aksiyada şəhid, qazi ailələrinin üzvlərinə tibbi xidmət göstərirlər. 


Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini t.ü.f.d., dosent İsmayıl Əfəndiyev çıxış edərək bildirib ki, aksiya zamanı Mərkəzi Gömrük Hospitalının yüksək ixtisaslı 20-ə yaxın tibb işçisi şəhid və qazi ailələrinin üzvlərinə xidmət göstərəcəklər. Həmçinin, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin tədbirlər planına əsasən bu cür sosial aksiyaların ölkəmizin digər rayonlarında da keçirilməsi planlaşdırılır.


Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov çıxışında qeyd edib ki, şəhid ailələri və qazilərimizə qarşı həssaslıqla yanaşılması dövlətimizin başçısının xüsusi nəzarətində olan məsələlərdəndir. Onun sözlərinə görə, səhiyyə sahəsində çalışan hər bir tibb işçisi də eyni həssaslıqla sözügedən kateqoriyadan olan insanlara yanaşmağa borcludur. Aksiyanın əhəmiyyəti barədə danışan R.Mahmudov bildirib ki, tibbi xidmətə ehtiyacı olan şəhid və qazilərin ailə üzvlərinin bütün problemləri, o cümlədən onların sağlamlığı dövlətin diqqətindədir. “Müayinələr zamanı hər hansı problem yaranarsa, sonrakı mərhələlərdə vətəndaşlarımızın Bakı şəhərində daha ixtisaslaşmış mərkəzi xəstəxanalara yönləndirilərək müalicəsi davam etdiriləcək” deyən millət vəkili tibbi-sosial aksiya zamanı şəhid ailələri və qazilərin ailə üzvlərinin dərman vasitələri ilə də təmin olunacağını söyləyib. 


Lənkəran Rayon Mərkəzi Xəstəxanasının direktoru Ağabala Kəlbiyev TƏBİB-in dəstəyi ilə vaxtaşırı olaraq belə tibbi sosial aksiyaların təşkil edildiyini, eyni zamanda, şəhid və qazi ailələrinin tibb xidmətlərlə təminatına, müalicələrinə hər zaman xüsusi həssaslıqla yanaşıldığını diqqətə çatdırıb. Qeyd edək ki, tibbi-sosial aksiya sentyabrın 14-dək davam etdiriləcək.

 

 foto