XƏBƏRLƏR

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti “44” filmini izləyib

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg

8 Noyabr – Zəfər Günü ərəfəsində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin və Mərkəzi Gömrük Hospitalının rəhbərliyi, 44 günlük Vətən müharibəsinin iştirakçısı olmuş qazilər və veteranlar, tibb işçiləri, eləcə də Hospitalın həkimləri, tibb bacıları və digər əməkdaşları Vətən müharibəsinin qəhrəmanlıq salnaməsini əks etdirən “44” bədii filmini izləyiblər.


Azərbaycan xalqının Zəfərə aparan yolunu əks etdirən “44” bədii filmində ölkəmizin ərazi bütövlüyü uğrunda apardığı mübarizə, Ümummilli Lider Heydər Əliyevin torpaqlarımızın azad olunmasına yönəlmiş siyasəti və bu siyasətin Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinə dair videomateriallar təqdim olunub.


 “44” filmi Müzəffər Ali Baş Komandanın rəhbərliyi, xalqımızın sarsılmaz birliyi və igid oğullarımızın misilsiz qəhrəmanlığı ilə qazanılmış tarixi Zəfərin bədii salnaməsidir.


Filmdə 44 günlük Vətən müharibəsində iştirak edən hərbçilərimizin, xüsusi təyinatlılarımızın timsalında Vətən torpağının müdafiəsinə qalxan qəhrəmanların cəsarəti, sarsılmaz iradəsi, Vətən sevgisi və fədakarlığı dolğun şəkildə əks olunur. Film Zəfər döyüş meydanında misilsiz şücaət göstərən şəhidlərimizin, sağlamlığını itirən qazilərimizin və sonadək mübarizə aparan bütün müharibə iştirakçılarının qəhrəmanlığını və fədakarlığını əbədiləşdirir.


Vətən müharibəsində qazanılmış tarixi Zəfər xalqımızın birliyinin, ordumuzun gücünün və qəhrəman əsgər və zabitlərimizin fədakarlığının təntənəsidir. Şəhidlərimizin əziz xatirəsi daim ehtiramla yad ediləcək, qazilərimizin və bütün müharibə iştirakçılarının göstərdiyi şücaət xalqımızın yaddaşında əbədi yaşayacaq!