XƏBƏRLƏR

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

10 illik yubiley tədbiri

Bu gün Mərkəzi Gömrük Hospitalın 10 illiyi tamam olur!

 

25 dekabr 2008-ci ildə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin iştirak etdiyi açılış mərasimi ilə fəaliyyətə başlamış Mərkəzi Gömrük Hospitalı ölkə başçısının gömrük əməkdaşları, onların ailə üzvləri və ümumilikdə əhalinin sosial müdafiəsinə göstərdiyi diqqətin parlaq bir nümunəsi oldu.

 

Bu 10 il ərzində keçdiyi yola, əldə olunan uğurlara, nailiyyətlərə bir daha nəzər yetirmək, bu tarixi günü dostların, partnyorların, möhtərəm qonaqların və ilk gündən Hospitalda çalışan həkimlərin əhatəsində keçirmək üçün 22 dekabr tarixində Four Seasons otelində Hospitalın 10 illiyinə həsr olunmuş təntənəli yubiley tədbiri baş tutdu.

 

Tədbirdə təbrik nitqləri ilə Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, Azərbaycan Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov və Hospitalın rəisi Elman Məmmədov çıxış etdilər.

 

Yubiley gecəsində Hospitalın 10 illik tarixini əks etdirən video çarxın nümayişi qonaqların böyük marağına səbəb oldu.

 

Tədbir zamanı İdarə və Hospital əməkdaşlarından 26 nəfər təşəkkürnamə ilə, 13 nəfər Fəxri fərmanla, 4 nəfər növbəti xüsusi rütbənin vaxtından əvvəl verilməsi ilə, 1 nəfər növbəti xüsusi rütbənin tutduğu vəzifə üçün nəzərdə tutulandan bir pillə yuxarı verilməsi ilə və 3 nəfər döş nişanı ilə cənab Sədr tərəfindən təltif olundu.

 

 foto