XƏBƏRLƏR

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg
  • 22.jpg

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı tərəfindən 24 noyabr 2026-cı il tarixində "SOS Uşaq Kəndləri-Azərbaycan" Assosiasiyası Gəncə şəhər filialında uşaqlar üçün tibbi sosial aksiya keçirilib. 


Tibbi-sosial aksiyadan öncə Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti Gəncə Memorial Kompleksini ziyarət edərək abidənin önünə tər güllər düzüb, Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad ediblər. Ziyarət çərçivəsində nümayəndə heyəti kompleksin muzeyində nümayiş etdirilən eksponatlarla tanış olub, bələdçinin təqdimatında Azərbaycanın şanlı tarixini, Vətən müharibəsinin qəhrəmanlıq salnaməsini və şəhidlərimizin keçdiyi şərəfli döyüş yolunu əks etdirən məlumatları dinləyiblər. 


Daha sonra "SOS Uşaq Kəndləri-Azərbaycan" Assosiasiyası Gəncə şəhər filialında aksiyanın rəsmi açılış hissəsi keçirilib. Rəsmi hissədə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini İsmayıl Əfəndiyev və Mərkəzi Gömrük Hospitalının Gəncəyə ezam olunmuş tibb və inzibati heyəti, eləcə də "SOS Uşaq Kəndləri-Azərbaycan" Assosiasiyası Gəncə şəhər filialının direktoru Tale Cəfərov və müəssisənin inzibati heyəti iştirak ediblər. 


Tədbirdə çıxış edən "SOS Uşaq Kəndləri-Azərbaycan" Assosiasiyası Gəncə şəhər filialının direktoru Tale Cəfərov qonaqları salamlayaraq, SOS Uşaq Kəndləri-Azərbaycan Assosiasiyası barədə ətraflı məlumat verib. O, Ümummilli Lider Heydər Əliyevin uşaqlara diqqət və qayğısından, uşaqların rifahına yönəlmiş qərarlarından və təşəbbüslərindən danışaraq qeyd edib ki, SOS Uşaq Kəndləri-Azərbaycan" Assosiasiyası məhz Heydər Əliyevin təşəbbüsü ilə fəaliyyətə başlayıb və Gəncə filialı bu uğurlu təşəbbüsün davamı olaraq 2006-cı ildə uşaqların istifadəsinə verilib. Çıxışının sonunda Tale Cəfərov  Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəhbərliyinə və bu aksiyanın keçirilməsində əməyi olan bütün əməkdaşlarına dərin təşəkkürünü bildirib.


Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini İsmayıl Əfəndiyev həm öz adından, həm Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədovun adından tədbir iştirakçılarını salamlayaraq,  bu cür sosial əhəmiyyətli təşəbbüslərin həyata keçirilməsinin vacibliyini vurğulayıb. 


O, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi ilə “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası arasında imzalanmış memorandum çərçivəsində həyata keçirilən tibbi aksiyalar və maarifləndirici tədbirlər barədə məlumat verərək, bu əməkdaşlığın əsas məqsədinin uşaqların sağlamlığının qorunması, onların tibbi xidmətlərə əlçatanlığının artırılması və sağlam həyat tərzinin təşviq edilməsi olduğunu bildirib. İ.Əfəndiyev bu nəcib missiyanın davamlılığının vacibliyini vurğulayaraq, Mərkəzi Gömrük Hospitalının bundan sonra da sosial məsuliyyət prinsiplərinə sadiq qalaraq bu istiqamətdə fəaliyyətini davam etdirəcəyini bildirib. 


Tədbirdə eyni zamanda Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin mütəxəssisi, Tibbi Xidmət İdarəsi İlk Həmkarlar İttifaqının sədri Şəhla Mirzəzadə və Mərkəzi Gömrük Hospitalının Radiologiya şöbəsinin USM üzrə həkimi Günay Əhmədova çıxış edərək Tibbi Xidmət İdarəsi ilə “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası arasında imzalanmış memorandum çərçivəsində həyata keçirilən əməkdaşlığın əhəmiyyəti və  ana-uşaq  sağlamlığının qorunması istiqamətində icra olunan layihələr barədə məlumat veriblər. Həmçinin, onlar bu qəbildən sosial təşəbbüslərin uşaqlara göstərilən diqqət və qayğının daha da artırılmasına, onların sağlam və firavan gələcəyinə töhfə verdiyini vurğulayıblar.


Tibbi sosial aksiyada Mərkəzi Gömrük Hospitalının Mama-ginekologiya şöbəsinin rəisi Təranə Bayramova, Kardiologiya şöbəsinin kardioloqu Nəsimi Cabbarov, Radilogiya şöbəsinin Uzi həkimi Günay Əhmədova, Pediatriya şöbəsinin uşaq nevroloqu Mehriban Məmmədova, pediatrı Nigar Mirzəyeva, Poliklinika şöbəsinin dermatoveneroloqu Sevinc Kərimova, oftalmoloqu Aybəniz Zeynalova, Travmatologiya şöbəsinin travmatoloqu Müseyib Əhmədov, Uşaq Cərrahiyyəsi şöbəsinin uşaq cərrahı Alşan Paşazadə, tibb bacıları və həkim-rezidentlər uşaqların tibbi müayinələrini həyata keçiriblər. Aksiya çərçivəsində uşaqlar eləcə də EXO, EKQ, UZM və  rentgen müayinələrindən keçiriliblər. 


Tibbi-sosial aksiya çərçivəsində “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyasının Gəncə şəhər filialının anaları və qayğı əməkdaşları üçün BLS (Basic Life Support – əsas həyat dəstəyi) üzrə ilkin tibbi yardım təlimi də təşkil olunub. Təlim zamanı Mərkəzi Gömrük Hospitalının Təcili Yardım şöbəsinin təcili yardım həkimi Bəylər İmanov iştirakçılara fövqəladə hallarda ilkin müdaxilə qaydaları, ürək-ağciyər reanimasiyasının (CPR) əsas prinsipləri və zərərçəkənə təcili tibbi yardım göstərilməsinin vacib məqamları barədə nəzəri və praktiki biliklər verib. Təlimin  əsas məqsədi anaların fövqəladə vəziyyətlərdə düzgün və operativ davranış bacarıqlarını artırmaq, ilk yardım üzrə bilik və vərdişlərini təkmilləşdirmək olub. 


Mərkəzi Gömrük Hospitalının həkimləri "SOS Uşaq Kəndləri-Azərbaycan" Assosiasiyası Gəncə şəhər filialının 100-ə yaxın uşağı müayinə edilib və onlara kitablar hədiyyə olunub.