XƏBƏRLƏR

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

8 noyabr tarixində Mərkəzi Gömrük Hospitalının tibbi laboratoriyasının İSO 15189:2012 standartı üzrə akkreditasiya olunmasına həsr edilmiş təqdimat keçirilib.

8 noyabr tarixində Mərkəzi Gömrük Hospitalının tibbi laboratoriyasının İSO 15189:2012 standartı üzrə akkreditasiya olunmasına həsr edilmiş təqdimat keçirilib. Tədbirdə Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasımov, Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov, Hospital rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev və həkimlər iştirak ediblər.


Tədbirdə laboratoriya rəisi Sevinc Gülmalıyeva qeyd edib ki, İSO 15189:2012 standartı Beynəlxalq Standartlaşdırma Təşkilatının tibbi laboratoriyaların fəaliyyətinin keyfiyyətinə və səlahiyyətliliyinə olan tələblərindən ibarətdir. 9 avqust 2019-cu il tarixində laboratoriya ümumi kliniki, biokimyəvi, immunoloji, seroloji, mikrobioloji sahələri üzrə İngiltərənin AB-CAB şirkəti tərəfindən İSO 15189:2012 standartına uyğun olduğu üçün akkreditasiyadan keçmiş və təşkilatın rəhbəri cənab W.B. Huber tərəfindən keyfiyyət sertifikatı təsdiqlənib.


Mərkəzi Gömrük Hospitalının laboratoriyası Azərbaycanda fəaliyyət göstərən qabaqcıl kliniki-diaqnostik laborotariyalardan biridir. Umumi klinik, biokimyəvi, immunoferment, molekulyar (PZR) diaqnostik laborator analizlər beynəlxalq standartlara uyğun müasir analizatorlarda və peşəkar həkim laborantlar tərəfindən aparılır.