XƏBƏRLƏR

Bizimlə əlaqə

Çağrı Mərkəzi: (012) 404-08-08

Online qeydiyyat

Həkim qəbuluna buradan yazılın

“Ana bətnindən başlayan sağlamlıq” mövzusunda vebinar həyata keçirilib.

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg

6 aprel 2022-ci il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə 7 aprel Ümumdünya Sağlamlıq Gününə həsr edilmiş “Ana bətnindən başlayan sağlamlıq” mövzusunda vebinar həyata keçirilib.


Vebinarda Mərkəzi Gömrük Hospitalının rəis müavini Rəna Qasımova açılış nitqi ilə çıxış edərək vebinar iştirakçılarını salamlayıb və hamiləliyin düzgün idarə edilməsinin doğulacaq körpə üçün olduqca mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb. “Bu gün fəxrlə deyə bilərik ki, ana-uşaq sağlamlığının qorunması və onların rifahının yüksəldilməsi dövlət siyasətimizin başlıca vəzifələrindəndir. Məhz elə bu uğurlu siyasətin nəticəsində Mərkəzi Gömrük Hospitalında da ana-uşaq sağlamlığının təmin olunması istiqamətində yüksək səviyyəli tibbi xidmətlər təşkil edilmişdir. 


Pandemiyadan öncəki müddətdə Mərkəzi Gömrük Hospitalında ana və uşaqlara göstərilən tibbi xidmətlər beynəlxalq standartlara əsaslanırdı. Təbii ki, bu xidmətlərin daha da təkmilləşdirilməsi istiqamətində mütəmadi olaraq fəaliyyətlər icra edilməkdədir.”-deyə o, qeyd edib. Rəna Qasımova çıxışının sonunda vebinarın işinə və məruzəçilərə uğurlar arzu edərək dinləyiciləri sual-cavab sessiyalarında aktiv olmağa dəvət edib.


Vebinarda “Hamiləliyin izlənməsinin ana və körpə sağlamlığı üçün əhəmiyyəti”, “Hamiləlik dövründə sağlam qidalanma rejimi”, “Hamiləlik zamanı dəriyə qulluq”, “Hamiləlik və zahılıq dövründə  psixoloji vəziyyət”, Hamiləlik zamanı fiziki aktivliyin əhəmiyyəti” və “Hamiləlik zamanı dərmanlardan doğru istifadə” kimi mövzularda təqdimatlar edilib, vebinar iştirakçılarının sualları cavablandırılıb.


Mərkəzi Gömrük Hospitalının rəsmi facebook səhifəsi üzərindən də canlı yayımlanan Vebinarın sonunda Mərkəzi Gömrük Hospitalının Mama-ginekologiya şöbəsinin rəisi, t.ü.f.d. Təranə Bayramova bağlanış nitqi ilə çıxış edərək Mərkəzi Gömrük Hospitalı tərəfindən əhalinin maarifləndirilməsinə istiqamətləndirilmiş sosial tədbirlərin davamlı xarakter daşıyacağı barədə məlumat verib və interaktiv müzakirələrə görə vebinar iştirakçılarına və məruzəçilərə təşəkkür edib.

 

 foto